ABŞ Dövlət Departamenti Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində iyulun 4-də erməni vandallığı üzündən günahsız körpənin və onun nənəsinin həlak olmasına, daha bir sakinin isə yaralanmasın münasibət bildirib.
Baki-xeber.com-un xəbərinə görə, gündəlik brifinqdə ABŞ Dövlət departamentinin mətbuat xidmətinin əməkdaşı Hizer Nauer Birləşmiş Ştatların sözügedən olayın baş verməsindən narahat olduğunu deyib. Qurbanların ailələrinə səmimi başsağlığını çatdıran xanım Nauer bildirib ki, münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər.
Dövlət Departamentinin sözçüsü onu da qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı münaqişə tərəflərini də hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar masasına qayıtmağa çağırır.