Cümə axşamı günü, 20 avqust 2026
     

Er­mə­ni tə­ca­vü­zü­nü dəf edən ilk ni­za­mi qüv­və, 67 Mil­li Qəh­rə­ma­nı, 1700-ə ya­xın şə­hi­di olan Azər­bay­can po­li­si... - FOTO

Image


İyu­lun 2-də Azər­bay­can Po­li­si­nin ya­ran­ma­sı­nın 99-cu il­dö­nü­mü  ta­mam ol­du. DİN mət­bu­at xid­mə­ti­nin mə­lu­ma­tı­na gö­rə, bu mü­na­si­bət­lə da­xi­li iş­lər na­zi­ri, ge­ne­ral-pol­kov­nik Ra­mil Usu­bo­vun rəh­bər­li­yi­lə DİN-in Kol­le­gi­ya üzv­lə­ri, baş ida­rə, ida­rə və xid­mət rə­is­lə­ri, mə­sul əmək­daş­la­rı əla­mət­dar ta­rix ərə­fə­sin­də - iyu­nun 30-da Fəx­ri xi­ya­ba­na ge­də­rək ulu ön­dər Hey­dər Əli­ye­vin mə­za­rı­nı zi­ya­rət edib, abi­də komp­lek­si önü­nə tər çi­çək dəs­tə­lə­ri dü­züb­lər. Gör­kəm­li of­tal­mo­loq alim, aka­de­mik Zə­ri­fə xa­nım Əli­ye­va­nın xa­ti­rə­si də eh­ti­ram­la yad olu­nub.

Da­ha son­ra DİN-in təm­sil­çi­lə­ri res­pub­li­ka­nın əra­zi bü­töv­lü­yü və su­ve­ren­li­yi uğ­run­da ca­nın­dan keç­miş mərd mü­ba­riz­lə­rin uyu­du­ğu Şə­hid­lər Xi­ya­ba­nı­na ge­də­rək "Əbə­di Mə­şəl" abi­də­si­ni zi­ya­rət edib­lər.

İyu­lun 1-də Da­xi­li İş­lər Na­zir­li­yi­nin Po­lis Aka­de­mi­ya­sın­da Azər­bay­can Po­li­si­nin pe­şə bay­ra­mı­na və 2016/2017-ci təd­ris ili­nin bu­ra­xı­lı­şı­na həsr olun­muş tən­tə­nə­li mə­ra­sim ke­çi­ri­lib.

Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Hü­quq-mü­ha­fi­zə or­qan­la­rı ilə iş və hər­bi mə­sə­lə­lər üz­rə kö­mək­çi­si-şö­bə mü­di­ri Fu­ad Ələs­gə­ro­vun, Mil­li Məc­li­sin de­pu­tat­la­rı­nın, na­zir müa­vin­lə­ri­nin, ai­diy­yə­ti xid­mət rə­is­lə­ri­nin, yer­li ic­ra, hü­quq-mü­ha­fi­zə or­qan­la­rı rəh­bər­lə­ri­nin, Olim­pi­ya oyun­la­rı­nın, dün­ya çem­pio­nat­la­rı­nın mü­ka­fat­çı­la­rı olan da­xi­li iş­lər or­qan­la­rı əmək­daş­la­rı­nın, mə­zun­la­rın va­li­deyn­lə­ri­nin, ic­ti­ma­iy­yət və küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri nü­ma­yən­də­lə­ri­nin də iş­ti­rak et­di­yi təd­bir­də na­zir müa­vi­ni, po­lis ge­ne­ral-ley­te­nan­tı İs­mət Əli­yev şəx­si he­yə­tin tən­tə­nə­li mə­ra­si­mə ha­zır ol­ma­sı ba­rə­də da­xi­li iş­lər na­zi­ri, ge­ne­ral-pol­kov­nik Ra­mil Usu­bo­va ra­port ve­rib.

Na­zir Po­lis Aka­de­mi­ya­sı­nın sı­ra mey­da­nın­da tən­tə­nə­li mə­ra­sim­lə əla­qə­dar dü­zül­müş mü­əl­lim və mü­da­vim he­yə­ti­ni əla­mət­dar ha­di­sə­lər - Azər­bay­can Po­li­si Gü­nü və təd­ris ili­nin bu­ra­xı­lı­şı mü­na­si­bə­ti­lə təb­rik edib.

Mə­ra­sim iş­ti­rak­çı­la­rı ümum­mil­li li­der Hey­dər Əli­ye­vin, su­ve­ren­li­yi­miz və əra­zi bü­töv­lü­yü­müz uğ­run­da ca­nı­nı fə­da et­miş, xid­mə­ti bor­cu ye­ri­nə ye­ti­rər­kən hə­lak ol­muş po­lis əmək­daş­la­rı­nın xa­ti­rə­si­ni bir də­qi­qə­lik sü­kut­la yad edib­lər. Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət him­ni səs­lə­nib.

Na­zir, ge­ne­ral-pol­kov­nik Ra­mil Usu­bov çı­xış edə­rək əla­mət­dar ha­di­sə­lər mü­na­si­bə­ti­lə öl­kə Pre­zi­den­ti, Si­lah­lı Qüv­və­lə­rin Ali Baş Ko­man­da­nı İl­ham Əli­ye­vin təb­rik­lə­ri­ni və ən xoş ar­zu­la­rı­nı mə­ra­sim iş­ti­rak­çı­la­rı­na çat­dı­rıb, de­mok­ra­tik prin­sip­lə­rin və ənə­nə­lə­rin va­ris­li­yi­nə əsas­la­nan ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin 1998-ci il­də im­za­la­da­ğı Fər­man­la iyu­lun 2-nin Azər­bay­can Po­li­si gü­nü elan edil­di­yi­ni, və­tən­daş­la­rı­mı­zın asa­yi­şi­nin, da­xi­li təh­lü­kə­siz­li­yin və cə­miy­yə­tin qa­nu­ni mə­na­fe­lə­ri­nin ke­şi­yin­də du­ran da­xi­li iş­lər or­qan­la­rı­nın bu pe­şə bay­ra­mı­nı da bö­yük ruh yük­sək­li­yi və xid­mət­də əl­də et­di­yi uğur­lar­la qar­şı­la­dı­ğı­nı diq­qə­tə çat­dı­rıb. Po­li­sin keç­di­yi yo­lun döv­lət­çi­li­yi­mi­zin ta­ri­xi ilə sıx bağ­lı ol­du­ğu­nu xa­tır­la­dan Ra­mil Usu­bov Da­xi­li İş­lər Na­zir­li­yi və onun təş­ki­la­ti struk­tu­ru olan po­lis or­qan­la­rı­nın 1918-1920-ci il­lə­ri əha­tə edən fəa­liy­yə­ti döv­rün­də bö­yük və­tən­pər­vər­lik­lə ilk müs­tə­qil döv­lə­ti­mi­zin mil­li ma­raq­la­rı­nın mü­da­fiə­sin­də mü­hüm rol oy­na­dı­ğı­nı, cum­hu­riy­yə­tin sü­qu­tun­dan son­ra Azər­bay­ca­nın So­vet İt­ti­fa­qı­nın tər­ki­bin­də ol­du­ğu 70 il ər­zin­də in­ki­şaf et­di­yi­ni, ic­ti­mai asa­yi­şin qo­run­ma­sın­da yük­sək nə­ti­cə­lər və zən­gin təc­rü­bə qa­zan­dı­ğı­nı bil­di­rib, xü­su­si­lə də ulu ön­də­rin rəh­bər­li­yi al­tın­da res­pub­li­ka­mı­zın iq­ti­sa­di, so­si­al və di­gər sa­hə­lər­də bö­yük uğur­lar qa­zan­dı­ğı 1970-1980-ci il­lə­ri Da­xi­li İş­lər Na­zir­li­yi­nin ta­ri­xin­də ən mü­hüm mər­hə­lə ki­mi sə­ciy­yə­lən­di­rib.

Qeyd olu­nub ki, hə­min dövr­də ümum­mil­li li­der bö­yük uzaq­gö­rən­lik­lə da­xi­li iş­lər or­qan­la­rı­nın təş­ki­la­ti və ideo­lo­ji cə­hət­dən möh­kəm­lən­mə­si, sı­ra­la­rı­nın saf­laş­dı­rıl­ma­sı, pe­şə­kar kadr­la­rın irə­li çə­kil­mə­si ilə bağ­lı mü­hüm qə­rar­lar qə­bul edib. Şəx­si he­yə­tin məhz mil­li ruh­da for­ma­laş­ma­sı­nın nə­ti­cə­si idi ki, 1988-ci il­də Er­mə­nis­ta­nın Azər­bay­ca­na qar­şı hər­bi tə­ca­vü­zü­nü ilk ola­raq rə­şa­dət­lə dəf edən ni­za­mi qüv­və mi­lis, son­ra­kı il­lər­də Da­xi­li Qo­şun his­sə­lə­ri ol­du. Bu dö­yüş­lər­də 1695 əmək­da­şı­mız və hər­bi qul­luq­çu­muz şə­hid­lik zir­və­si­nə ucal­dı, 1710 nə­fər isə ya­ra­lan­dı. Gös­tər­dik­lə­ri şü­ca­ət və igid­lik­lə­rə gö­rə 67 nə­fər "Mil­li Qəh­rə­man" adı­na, 1143 nə­fər or­den və me­dal­la­ra la­yiq gö­rü­lüb.

Müs­tə­qil­li­yi­mi­zin son­ra­kı il­lə­rin­də də da­xi­li iş­lər or­qan­la­rı­nın fəa­liy­yə­ti gər­gin ol­muş­dur. Be­lə ki, ci­na­yət­kar­lı­ğa qar­şı mü­ba­ri­zə­də, ic­ti­mai qay­da­nın qo­run­ma­sı və ic­ti­mai təh­lü­kə­siz­li­yin tə­min edil­mə­si və­zi­fə­lə­ri­ni ye­ri­nə ye­ti­rər­kən 99 əmək­da­şı­mız və hər­bi qul­luq­çu­muz hə­lak ol­muş, 2640 nə­fər xə­sa­rət alıb.

Çı­xı­şı­nı da­vam et­di­rən na­zir diq­qə­tə çat­dı­rıb ki, İl­ham Əli­ye­vin 2003-cü ilin ok­tyabr ayın­da  Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti se­çil­mə­si­lə öl­kə­mi­zin in­ki­şa­fı ye­ni mər­hə­lə­yə qə­dəm qoy­du, sa­bit­lik isə gə­lə­cək uğur­la­ra və yük­sə­li­şə doğ­ru inam­la irə­li­lə­yən müs­tə­qil döv­lə­ti­mi­zin sim­vo­lu­na çev­ril­di. O da bil­di­ri­lib ki, döv­lət baş­çı­sı­nın hə­ya­ta ke­çir­di­yi hər­tə­rəf­li is­la­hat­lar çər­çi­və­sin­də da­xi­li iş­lər or­qan­la­rı­nın da müa­sir­ləş­mə­si üçün bü­tün la­zı­mi təd­bir­lər gö­rü­lüb, ötən 14 il­də xid­mə­ti fəa­liy­yə­tin cə­miy­yə­tin ma­raq­la­rı­na tam ca­vab ver­mə­si, qa­baq­cıl bey­nəl­xalq təc­rü­bə­yə uy­ğun qu­rul­ma­sı məq­sə­di­lə 445 fər­man və sə­rən­cam im­za­la­nıb. O cüm­lə­dən, na­zir­li­yin struk­tu­ru­nun və nor­ma­tiv hü­qu­qi ba­za­sı­nın tək­mil­ləş­di­ril­mə­si, mad­di-tex­ni­ki təc­hi­za­tı­nın yax­şı­laş­dı­rıl­ma­sı, şəx­si he­yə­tin so­si­al mü­da­fiə­si­nin və de­mok­ra­tik cə­miy­yət­də po­li­sin ro­lu haq­qın­da mə­lu­mat­lan­dır­ma işi­nin güc­lən­di­ril­mə­si üz­rə öl­kə Pre­zi­den­ti­nin tə­şəb­bü­sü ilə 2004-cü il­də qə­bul edil­miş Döv­lət Proq­ra­mı əsa­sın­da mü­hüm əhə­miy­yət kəsb edən təd­bir­lər gö­rü­lüb. Məhz bu il­lər ər­zin­də öl­kə rəh­bə­ri­nin diq­qət və qay­ğı­sı nə­ti­cə­sin­də da­xi­li iş­lər or­qan­la­rı və Da­xi­li Qo­şun­lar üçün 405 so­si­al ob­yekt ti­ki­lib, şəx­si he­yə­tin və­zi­fə və rüt­bə ma­aş­la­rı əhə­miy­yət­li də­rə­cə­də ar­tı­rı­lıb, tex­ni­ki və xü­su­si va­si­tə­lər­lə təc­hi­zat bey­nəl­xalq stan­dart­lar sə­viy­yə­si­nə yük­sə­lib, nəq­liy­yat par­kı tam ye­ni­lə­nib.

Məm­nu­niy­yət­lə qeyd edi­lib ki, müa­sir Azər­bay­can Po­li­si güc­lü mad­di-tex­ni­ki ba­za­sı, ic­ti­mai asa­yi­şin, qa­nun­çu­lu­ğun və hü­quq qay­da­sı­nın qo­run­ma­sı üz­rə də­qiq təş­kil edil­miş sis­te­mi və pe­şə­kar kadr kor­pu­su olan va­hid mər­kəz­ləş­di­ril­miş hü­quq-mü­ha­fi­zə or­qa­nı­dır. Pre­zi­den­tin əvəz­siz diq­qət və qay­ğı­sı sa­yə­sin­də da­vam edən bu in­ki­şaf və mo­dern­ləş­mə və­tən­daş­la­rı­mı­zın qa­nun­la qo­ru­nan hü­quq və mə­na­fe­lə­ri­ni eti­bar­lı mü­da­fiə et­mə­yə, ci­na­yət­kar­lı­ğa, onun trans­mil­li mü­tə­şək­kil növ­lə­ri­nə qar­şı mü­ba­ri­zə­də adek­vat ca­vab təd­bir­lə­ri gör­mə­yə tam im­kan ve­rir.

Da­ha son­ra da­xi­li iş­lər na­zi­ri öl­kə­də ci­na­yət­kar­lı­ğa qar­şı qə­tiy­yət­li mü­ba­ri­zə­nin və ic­ti­mai qay­da­nın nü­mu­nə­vi tə­min edil­mə­si­nin uğur­lu nə­ti­cə­lə­ri ba­rə­də mə­ra­sim iş­ti­rak­çı­la­rı­na ət­raf­lı mə­lu­mat ve­rə­rək bil­di­rib ki, son 5 il­də ci­na­yət­lə­rin or­ta il­lik açıl­ma­sı 83 fa­iz olub, ağır və xü­su­si­lə ağır ci­na­yət­lər tö­rət­miş 1300 ci­na­yət­kar qrup zə­rər­siz­ləş­di­ri­lib, ax­ta­rış­da olan 12 mi­nə ya­xın təq­sir­lən­di­ri­lən şəxs tu­tu­lub. Əl­lər­də qa­nun­suz sax­la­nan 3500 od­lu si­lah yı­ğı­lıb, onun tət­bi­qi­lə tö­rə­di­lən ci­na­yət­lər əhə­miy­yət­li də­rə­cə­də aza­lıb. Məq­səd­yön­lü pro­fi­lak­tik təd­bir­lər sa­yə­sin­də qey­də alı­nan ci­na­yət­lə­rin 87 fai­zi­ni bö­yük ic­ti­mai təh­lü­kə tö­rət­mə­yən və az ağır növ­lər təş­kil edir. Əl­də olu­nan müs­bət nə­ti­cə­lər­dən bi­ri də res­pub­li­ka­mız­da əha­li­nin 100 min nə­fə­ri­nə nis­bət­də həm ümu­mi ci­na­yət­lə­rin (255), həm də ay­rı-ay­rı növ­lə­rin, o cüm­lə­dən qəs­dən sağ­lam­lı­ğa ağır zə­rər vur­ma­la­rın, oğur­luq­la­rın, soy­ğun­çu­luq­la­rın, qul­dur­luq­la­rın və di­gər hü­qu­qa­zidd əməl­lə­rin sa­yı­nın ək­sər Av­ro­pa döv­lət­lə­ri ilə mü­qa­yi­sə­də xey­li az ol­ma­sı­dır.

Na­zir R.Usu­bov für­sət­dən is­ti­fa­də edə­rək xid­mə­ti və­zi­fə­lə­rin ic­ra­sın­da ya­xın­dan kö­mək­lik­lə­ri­nə gö­rə və­tən­daş­la­ra, Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­dent Ad­mi­nis­tra­si­ya­sı­nın, Na­zir­lər Ka­bi­ne­ti­nin, Mil­li Məc­li­sin, hü­quq-mü­ha­fi­zə, xü­su­si xid­mət və di­gər döv­lət or­qan­la­rı­nın, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin, ic­ti­mai təş­ki­lat­la­rın rəh­bər­lə­ri­nə və nü­ma­yən­də­lə­ri­nə də­rin min­nət­dar­lı­ğı­nı bil­di­rib, həm­çi­nin gənc əmək­daş­la­rın for­ma­laş­ma­sın­da və təc­rü­bə əl­də et­mə­sin­də bö­yük iş­lər gö­rən ve­te­ran­la­ra tə­şək­kür edə­rək ən xoş ar­zu­la­rı­nı bil­di­rib.

Müs­tə­qil­lik il­lə­rin­də qa­nun­la mü­əy­yən edil­miş və­zi­fə­lə­rin ic­ra­sın­da fərq­lən­dik­lə­ri­nə və xü­su­si xid­mət­lə­ri­nə gö­rə da­xi­li iş­lər or­qan­la­rı­nın 1272 əmək­da­şı və hər­bi qul­luq­çu­su­nun döv­lət mü­ka­fat­la­rı­na la­yiq gö­rül­dü­yü, bu pe­şə bay­ra­mı ərə­fə­sin­də də öl­kə baş­çı­sı­nın sə­rən­cam­la­rı ilə 35 əmək­da­şın "Və­tən uğ­run­da" və "İgid­li­yə gö­rə" me­dal­la­rı ilə təl­tif edil­di­yi, rəh­bər və­zi­fə­li 4 şəx­sə ali xü­su­si rüt­bə ve­ril­di­yi də diq­qə­tə çat­dı­rı­lıb.

Da­xi­li iş­lər or­qan­la­rı­nın fəa­liy­yə­ti­ni hər za­man yük­sək də­yər­lən­dir­di­yi­nə gö­rə bü­tün şəx­si he­yət adın­dan Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti, Si­lah­lı Qüv­və­lə­rin Ali Baş Ko­man­da­nı İl­ham Əli­ye­və də­rin min­nət­dar­lı­ğı­nı bil­di­rən na­zir Ra­mil Usu­bov əmin edib ki, öl­kə­də sa­bit­li­yin və təh­lü­kə­siz­li­yin tə­min olun­ma­sı, bu sa­hə­də müs­bət di­na­mi­ka­nın qo­ru­nub-sax­lan­ma­sı, fun­da­men­tal in­san hü­quq və azad­lıq­la­rı­nın eti­bar­lı mü­da­fiə­si və qar­şı­ya qo­yul­muş di­gər mü­hüm tap­şı­rıq­lar tam həcm­də, key­fiy­yət­lə və vax­tın­da ye­ri­nə ye­ti­ri­lə­cək, da­vam­lı in­ki­şaf və tək­mil­ləş­mə gə­lə­cək fəa­liy­yə­tin baş­lı­ca is­ti­qa­mət­lə­ri ola­raq ar­dı­cıl­lıq­la hə­ya­ta ke­çi­ri­lə­cək. 

Ge­ne­ral-pol­kov­nik R.Usu­bov da­xi­li iş­lər or­qan­la­rı üçün yük­sək ix­ti­sas­lı kadr­la­rın ha­zır­lan­ma­sın­da Po­lis Aka­de­mi­ya­sı­nın ro­lun­dan, bey­nəl­xalq təc­rü­bə­yə uy­ğun tək­mil­lə­şə­rək öl­kə­mi­zin rey­tinq­li təh­sil mü­əs­si­sə­si­nə çev­ril­mə­sin­dən, onun pro­fes­sor-mü­əl­lim he­yə­ti­nin də­rin nə­zə­ri bi­li­yə, yük­sək mə­nə­vi-psi­xo­lo­ji key­fiy­yət­lə­rə, xü­su­si fi­zi­ki ha­zır­lı­ğa, möh­kəm ira­də­yə ma­lik po­lis za­bit­lə­ri­nin ha­zır­lan­ma­sı ki­mi mü­hüm və­zi­fə­lə­rin öh­də­sin­dən la­yi­qin­cə gəl­mə­sin­dən məm­nun­lu­ğu­nu ifa­də edib.

Gənc za­bit­lə­rin bun­dan son­ra da­xi­li təh­lü­kə­siz­li­yi, döv­lət­çi­li­yi və xal­qın əmi­na­man­lı­ğı­nı qo­ru­maq ki­mi mü­hüm və­zi­fə­lə­rin ic­ra­çı­sı ola­raq fəa­liy­yə­tə baş­la­ya­caq­la­rı­nı xa­tır­la­dan na­zir on­la­rın hər bi­ri­nin xid­mə­ti bor­ca sa­diq qa­la­ca­ğı­na, pe­şə­kar­lıq sə­viy­yə­lə­ri­ni da­im ar­tı­ra­caq­la­rı­na, qə­tiy­yət­lə­ri, əzm­kar­lıq­la­rı, ci­na­yət­kar­lı­ğa qar­şı mü­ba­ri­zə­də ye­ni­lik­lə­ri öy­rə­nib tət­biq et­mək tə­şəb­büs­lə­ri ilə fərq­lə­nə­cək­lə­ri­nə, qa­nun­çu­lu­ğa, in­san hü­quq və azad­lıq­la­rı­na hör­mə­tin, və­tən­pər­vər­li­yin, mə­nə­vi saf­lı­ğın, cid­di ni­zam-in­ti­za­mın on­la­rın fəa­liy­yə­ti­nin əsas prin­sip­lə­ri ola­ca­ğı­na, Azər­bay­can Po­li­si­nin şan­lı ənə­nə­lə­ri­ni la­yi­qin­cə da­vam et­di­rə­rək şə­rəf bay­ra­ğı­nı qü­rur­la da­şı­ya­caq­la­rı­na inan­dı­ğı­nı bil­di­rib. 

Na­zir Aka­de­mi­ya­nı mü­vəf­fə­qiy­yət­lə bi­tir­mə­lə­ri mü­na­si­bə­ti­lə hər bir mü­da­vi­mi, on­la­rın va­li­deyn­lə­ri­ni və ya­xın­la­rı­nı bir da­ha ürək­dən təb­rik edib, təh­sil mü­əs­si­sə­si­nin rəh­bər­li­yi­nə və pro­fes­sor-mü­əl­lim he­yə­ti­nə gə­lə­cək fəa­liy­yət­lə­rin­də uğur­lar ar­zu­la­yıb.

Aka­de­mi­ya­nın rəi­si, po­lis ge­ne­ral-ma­yo­ru Na­zim Əli­yev bu ali po­lis təh­si­li oca­ğı­nın keç­di­yi yol, təd­ris pro­se­si­nin tək­mil­ləş­di­ril­mə­si və bey­nəl­xalq stan­dart­la­ra uy­ğun­laş­dı­rıl­ma­sı, da­xi­li iş­lər or­qan­la­rı üçün yük­sək ix­ti­sas­lı za­bit kadr­la­rın ha­zır­lan­ma­sı is­ti­qa­mə­tin­də son il­lər gö­rül­müş iş­lər ba­rə­də ət­raf­lı çı­xış edib.

Aka­de­mi­ya­nı fərq­lən­mə dip­lo­mu ilə bi­tir­miş po­lis baş ley­te­nan­tı Şam­xal Hə­sə­nov mü­da­vim­lə­rə olan diq­qət və qay­ğı­ya, al­dıq­la­rı mü­kəm­məl təh­si­lə gö­rə DİN-in rəh­bər­li­yi­nə, pro­fes­sor-mü­əl­lim he­yə­ti­nə tə­şək­kür edib, on­la­ra gös­tə­ri­lən yük­sək eti­ma­dı öz fəa­liy­yət­lə­ri ilə doğ­rul­da­caq­la­rı­nı bil­di­rib.

Təd­bi­rin so­nun­da da­xi­li iş­lər na­zi­ri Po­lis Aka­de­mi­ya­sı­nı fərq­lən­mə ilə bi­tir­miş mə­zun­la­ra - Şam­xal Hə­sə­no­va, Za­bil Qur­ba­no­va, Tey­yub Qa­ra­ye­və, Ağa­kə­rim Bə­dir­bəy­li­yə, Qa­far Qa­fa­ro­va, Cey­hun Məm­mə­do­va, əc­nə­bi mə­zun­lar Ni­ki­lay Kris­te­və, İvan Qa­lat­sa­na dip­lom­la­rı və "po­lis baş ley­te­nan­tı" xü­su­si rüt­bə­lə­ri­nin pa­qon­la­rı­nı təq­dim edib.

Aka­de­mi­ya­nı əla qiy­mət­lər­lə ba­şa vur­muş Na­il Bay­ram­lı yaş kö­tü­yü­nə rəm­zi xa­ti­rə löv­hə­si­ni vu­rub.

Da­ha son­ra dö­yüş bay­ra­ğı dör­dün­cü kurs mü­da­vim­lə­ri­nə təh­vil ve­ri­lib. Mü­da­vim­lər "Azər­bay­can Po­li­si" mar­şı­nı ifa edib­lər.

Son­da şəx­si he­yət mə­tin ad­dım­lar­la tri­bu­na­nın qar­şı­sın­dan ke­çib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 18:05
“Yerasx-Naxçıvan dəmiryolunun tikintisini özümüz maliyyələşdirəcəyik” - Paşinyan

20.08.2026 / 17:49
İran husilərlə bağlı Səudiyyəyə xəbərdarlıq etdi - nə qədər çox hücum etsəniz, bir o qədər də zərbə alacaqsız...

20.08.2026 / 17:31
"Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil" - Paşinyan

20.08.2026 / 17:15
İrandan Trampın Hörmüz iddiasına cavab - Kaliforniyanı “İran ərazisi” elan etdilər...

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:34
Türkiyədə yaxın 1 ildə fövqəladə seçki olacaq, seçki sistemi dəyişdirilir - anons verildi

20.08.2026 / 16:05
Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

20.08.2026 / 15:59
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

20.08.2026 / 15:54
Tramp Şimali Koreyanın "nazı ilə oynayır" - ortada yeni plan olmasa, Cənubi Koreya kənara atılmaz...

20.08.2026 / 15:37
İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

20.08.2026 / 13:59
Azərbaycan Ukrayna Konqresi Rusiyadakı bəzi KİV-lərin çağırışlarını pislədi...

20.08.2026 / 13:49
Rusiya Ermənistana 2725 ton buğda göndərdi...

20.08.2026 / 13:41
Rusiyada yanacaq böhranı dərinləşir – ölkə aşağı standartlı benzin idxalına başladı...

20.08.2026 / 13:28
Ruslar kütləvi şəkildə banklardan pullarını çəkirlər - "Onlar bunu gözləmirdilər”...

20.08.2026 / 13:09
ABŞ-ın Hörmüz boğazında gizli dəhliz yaratdığı ortaya çıxdı - əməliyyat birbaşa Şimali Karolinadan idarə edilir...

20.08.2026 / 12:53
Hindistan Ermənistan üçün silah baronuna çevrilir...

20.08.2026 / 12:37
"Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq" - MİDA

20.08.2026 / 12:23
MİDA-nın “Güzəştli mənzil” sistemində dəyişiklik edildi - Aparat rəhbəri detalları açıqladı...

20.08.2026 / 12:09
İran ultimatum verdi, Tramp danışıqları kəsdi...

20.08.2026 / 12:01
Rusiya ballistik, qanadlı raketlər və dronlarla Kiyevə hücum etdi - 12 ölü...

20.08.2026 / 11:46
İrana qarşı "iqtisadi əməliyyat" elan edildi - Tramp Tehranı dəstəkləyən ölkələri hədələdi...

20.08.2026 / 11:32
Gəncədə zibillikdə ölü döl aşkarlandı - Prokurorıuq hərəkətə keçdi...

20.08.2026 / 11:14
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlandı

20.08.2026 / 11:06
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20.08.2026 / 10:35
17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dan xüsusi əməliyyat...

20.08.2026 / 09:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

20.08.2026 / 09:02
Özalın ölümündə də FETÖ izi? - Əhməd Özal şok detallar açdı

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Özəlin partiyasından millət vəkilini bıçaqlayan CHP-çi ata və oğlu həbs edildi

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ