Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gwn Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.
Baki-xeber.com-un Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, nazir Əfqanıstan İslam Respublikasında həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində iyunun 29-da keçiriləcək görüşündə iştirak edəcək.
Qeyd edək ki, erməni saytları Ermənistan müdafiə nazirinin həmin toplantıya qatılmamasına görə məsələyə qısqanclıqla reaksiya verib.