İyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi 2017 çərçivəsində yarışları izləyiblər.
Baki-xeber.com bu barədə Prezidentin rəsmi İnternet səhifəsinə istinadən xəbər verir.
Sonra İlham Əliyev "Formula 1" Azərbaycan Qran Prisinin qalibi olan "Red Bull" komandasının pilotu Daniel Rikkardoya Kuboku təqdim edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Red Bull" komandasına Konstruktorlar Kubokunu təqdim edib.
Finişi ikinci keçən Valtteri Bottasa ("Mercedes") mükafatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutmuş Lens Stroll ("Williams") mükafatı isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.