Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib.
Baki-xeber.com Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Bakı limanına gətirilən çoxlu sayda müasir silah yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək. Məlumatda deyilir: "Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq. Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcəkdir".