İyunun 21-nə keçən gecə Sabirabad rayonunda ata və oğulun həyatını itirməsi ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Baki-xeber/com Lent.az-a istinadən xəbər verir ki, “VAZ 2106” markalı minik avtomobilinin “Shachman” markalı yük maşınına çırpılması nəticəsində dünyasını dəyişən Saatlı rayonu Mircəlal kənd sakini, 1958-ci il təvəllüdlü Astanov Həsənxan Hüseynxan oğlu və onun övladı, 1989-cu il təvəllüdlü Dəyanət Bakıdakı meyvə-tərəvəz bazarından evə qayıdırmış. Öz həyətlərinin məhsulunu Bakıya gətirib satan ata və oğlu gecə saatlarında rayona yola düşüb.
Hadisə şahidləri bildiriblər ki, hadisə “VAZ 2106”nın idarəetmədən çıxması nəticəsində baş verib. Əvvəlcə səkiyə çırpılan minik avtomobili daha sonra yolun hərəkət hissəsinə qayıdıb və əks istiqamətdən gələn iritonnajlı yük maşınının altına girib.
28 yaşlı Dəyanət Astanov ailəli imiş və 2 azyaşlı körpəsi qalıb.