Bazar günü günü, 10 may 2026
     

Pre­zi­dent Əli­yev dün­ya­da qlo­bal sta­bil­li­yin də­qiq for­mul­la­rı­nı sər­rast ifa­də et­di - YENİLƏNDİ / FOTO

Image


Ma­yın 26-da "Bu­ta" sa­ra­yın­da Azər­bay­ca­nın mil­li bay­ra­mı - Res­pub­li­ka Gü­nü mü­na­si­bə­ti­lə rəs­mi qə­bul ke­çi­ri­lib. Pre­zi­dent İl­ham Əli­yev və bi­rin­ci xa­nım Meh­ri­ban Əli­ye­va rəs­mi qə­bul­da iş­ti­rak edib.

Azər­bay­ca­nın döv­lət him­ni səs­lən­di­ril­dik­dən son­ra döv­lət baş­çı­sı rəs­mi qə­bul­da nitq söy­ləy­ib. Pre­zi­dent de­yib:

“Hör­mət­li xa­nım­lar və cə­nab­lar.

Mən si­zi və bü­tün Azər­bay­can xal­qı­nı qar­şı­dan gə­lən Res­pub­li­ka Gü­nü mü­na­si­bə­ti­lə ürək­dən təb­rik edi­rəm. Bü­tün Azər­bay­can xal­qı­na ye­ni uğur­lar, qə­lə­bə­lər ar­zu­la­yı­ram.

Dox­san doq­quz il bun­dan əv­vəl mü­səl­man alə­min­də ilk də­fə ola­raq de­mok­ra­tik res­pub­li­ka ya­ra­dıl­mış­dır. Azər­bay­can xal­qı haq­lı ola­raq fəxr edir ki, bi­zim xal­qı­mız bu res­pub­li­ka­nı ya­ra­dıb. Bu, ta­ri­xi ha­di­sə­dir, xal­qı­mız üçün və dün­ya miq­ya­sın­da ta­ri­xi ha­di­sə­dir. Azər­bay­can xal­qı müs­tə­qil­li­yə qo­vu­şur­du. Dün­ya miq­ya­sın­da bi­rin­ci mü­səl­man de­mok­ra­tik res­pub­li­ka­sı Azər­bay­can­da ya­ra­dıl­mış­dır. Bu, öz­lü­yün­də xal­qı­mı­zın nə qə­dər mü­tə­rəq­qi və is­te­dad­lı ol­du­ğu­nu bir da­ha gös­tə­rir­di.

Azər­bay­can döv­lə­ti və xal­qı Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin fəa­liy­yə­ti­nə, onun qu­ru­cu­la­rı­nın xa­ti­rə­si­nə bö­yük hör­mət­lə ya­na­şır. Ba­kı­nın mər­kə­zin­də Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin şə­rə­fi­nə abi­də ucal­dıl­mış­dır. Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin 100 il­lik yu­bi­le­yi­ni qeyd et­mək üçün bu ya­xın­lar­da mə­nim tə­rə­fim­dən Sə­rən­cam im­za­lan­mış­dır.

Əf­sus­lar ol­sun ki, Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin öm­rü uzun ol­ma­dı. İki il­dən son­ra müs­tə­qil­li­yi­miz əli­miz­dən alın­mış­dır. Əgər Azər­bay­can döv­lət müs­tə­qil­li­yi­ni qo­ru­ya bil­səy­di, əmi­nəm ki, bu gün Azər­bay­can dün­ya miq­ya­sın­da ən in­ki­şaf et­miş, ən zən­gin öl­kə­lər­dən bi­ri ola­caq­dı. An­caq xa­ri­ci mü­da­xi­lə nə­ti­cə­sin­də Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti sü­qut et­di.

On­dan son­ra 70 il Azər­bay­can xal­qı So­vet İt­ti­fa­qı­nın tər­ki­bin­də ya­şa­yır­dı. Bax­ma­ya­raq ki, müs­tə­qil de­yil­dik Azər­bay­can xal­qı in­ki­şaf edir­di. Xü­su­si­lə 1970-1980-ci il­lər­də ulu ön­dər Hey­dər Əli­ye­vin rəh­bər­li­yi ilə Azər­bay­can sü­rət­lə in­ki­şaf et­miş­dir, həm iq­ti­sa­di, həm so­si­al sa­hə­də bö­yük uğur­lar qa­zan­mış­dır.

1991-ci il­də So­vet İt­ti­fa­qı­nın da­ğıl­ma­sı nə­ti­cə­sin­də Azər­bay­can XX əsr­də ikin­ci də­fə müs­tə­qil­li­yə qo­vuş­muş­dur. An­caq ta­rix san­ki tək­rar­la­nır­dı və iki il­dən son­ra ye­nə də müs­tə­qil­li­yi­miz üçün bö­yük təh­lü­kə­lər ya­ran­mış­dı. Əs­lin­də, müs­tə­qil­li­yi­mi­zin ilk iki ili for­mal xa­rak­ter da­şı­yır­dı. Çün­ki Azər­bay­can öz müs­tə­qil si­ya­sə­ti­ni tam miq­yas­da apa­ra bil­mir­di. Bun­dan əla­və, öl­kə­miz­də ya­şa­nan si­ya­si, iq­ti­sa­di, hər­bi böh­ran, tor­paq­la­rı­mı­zın iş­ğal al­tı­na düş­mə­si, o vaxt­kı ha­ki­miy­yət tə­rə­fin­dən və­tən­daş mü­ha­ri­bə­si­nin baş­lan­ma­sı, əl­bət­tə, gənc döv­lə­ti­mi­zi uçu­rum kə­na­rı­na qoy­muş­du. 1993-cü il­də Azər­bay­can ye­nə də bö­yük təh­lü­kə ilə üz-üzə qal­mış­dı. Azər­bay­can xal­qı­nın müd­rik­li­yi öl­kə­mi­zi, döv­lə­ti­mi­zi bu bə­la­dan xi­las et­di.

Azər­bay­can xal­qı müd­rik­lik gös­tə­rə­rək bö­yük li­de­ri - Hey­dər Əli­ye­vi ha­ki­miy­yə­tə də­vət et­di. 1993-cü il­dən son­ra Azər­bay­can­da in­ki­şaf döv­rü baş­la­mış­dır və bu gün bu dövr da­vam edir. Bü­tün xo­şa­gəl­məz hal­la­ra, və­tən­daş mü­ha­ri­bə­si­nə son qo­yul­du, qey­ri-qa­nu­ni si­lah­lı bir­ləş­mə­lər tərk­si­lah edil­di. Döv­lət­çi­li­yin əsas­la­rı qo­yul­du, müs­tə­qil Azər­bay­ca­nın Kons­ti­tu­si­ya­sı qə­bul edil­di, öl­kə­yə bö­yük həcm­də xa­ri­ci sər­ma­yə gəl­mə­yə baş­la­dı. Azər­bay­can bey­nəl­xalq təc­rid­dən, in­for­ma­si­ya blo­ka­da­sın­dan çı­xa bil­di. Bir söz­lə, 1993-cü il­dən baş­la­ya­raq bu gü­nə qə­dər Azər­bay­can in­ki­şaf yo­lu ilə ge­dir. Bu­gün­kü Azər­bay­can bir da­ha mə­nim söz­lə­ri­mi təs­diq­lə­yir ki, əgər 1920-ci il­də müs­tə­qil­lik əli­miz­dən alın­ma­say­dı, in­di Azər­bay­can ən ön­də ge­dən öl­kə­lər­dən bi­ri ola bi­lər­di.

Bu­nu de­mə­yə əsas ve­rən bi­zim müs­tə­qil­lik ta­ri­xi­miz­dir. Cə­mi 23 il ər­zin­də - 1993-cü il­dən baş­la­ya­raq, gö­rün Azər­bay­can nə qə­dər in­ki­şaf edib, Azər­bay­can nə qə­dər güc­lə­nib, gö­rün Azər­bay­can dün­ya­da han­sı möh­kəm möv­qe­lə­rə sa­hib olub. İq­ti­sa­di sa­hə­də, so­si­al sa­hə­də, bü­tün baş­qa sa­hə­lər­də Azər­bay­can bö­yük uğur­la­ra im­za atıb və bu gün bü­tün dün­ya bu­nu bi­lir və qə­bul edir. Bu gün Azər­bay­can bir çox öl­kə­lər üçün nü­mu­nə­dir.

Bu gün qar­şı­da du­ran və­zi­fə­lər haq­qın­da da­nış­maq is­tər­dim. Biz gə­lə­cək il­lər­də də müs­bət di­na­mi­ka­nı sax­la­ma­lı­yıq və əmi­nəm ki, sax­la­ya­ca­ğıq. Da­xi­li si­ya­sə­tə gəl­dik­də, ilk növ­bə­də, Azər­bay­can­da bun­dan son­ra da təh­lü­kə­siz­lik tə­min edil­mə­li­dir. De­yə bi­lə­rəm ki, Azər­bay­can­da da­xi­li risq mən­bə­lə­ri möv­cud de­yil. Müm­kün olan risk­lər xa­ric­də for­ma­la­şır. Be­lə olan hal­da biz öl­kə­mi­zi bun­dan son­ra da xa­ri­ci risq­lər­dən qo­ru­ma­lı­yıq, həm fi­zi­ki nöq­te­yi-nə­zər­dən, ey­ni za­man­da düz­gün si­ya­sət apar­maq­la. Biz sər­həd mü­ha­fi­zə­si­ni ki­fa­yət qə­dər güc­lən­dir­mi­şik və bu is­ti­qa­mət­də əla­və ad­dım­lar atı­la­caq­dır. Ey­ni za­man­da, Azər­bay­can bi­zə sərf et­mə­yən, şüb­hə do­ğu­ran heç bir bey­nəl­xalq hə­rə­kət­lə­rə, avan­tü­ra­la­ra qo­şul­mur. Bax­ma­ya­raq ki, müx­tə­lif tə­rəf­lər bi­zi mün­tə­zəm ola­raq bu hə­rə­kət­lə­rə cəlb et­mə­yə ça­lı­şır­dı. Bu gün də be­lə səy­lər var. An­caq Azər­bay­can bi­zə sərf et­mə­yən heç bir hə­rə­kə­tə, tə­şəb­bü­sə qo­şul­mur və qo­şul­ma­ya­caq.

Biz ilk növ­bə­də öz ma­raq­la­rı­mız, öz təh­lü­kə­siz­li­yi­miz, in­ki­şa­fı­mız, ri­fa­hı­mız haq­qın­da dü­şü­nü­rük. Əgər han­sı­sa bey­nəl­xalq tək­lif və tə­şəb­büs bi­zim ma­raq­la­rı­mız­la üst-üs­tə dü­şür­sə, əl­bət­tə ki, biz bu­na müs­bət ya­na­şa bi­lə­rik. An­caq ilk növ­bə­də, mil­li ma­raq­lar, Azər­bay­ca­nın ma­raq­la­rı, xal­qı­mı­zın ra­hat­lı­ğı, fi­ra­van­lı­ğı və öl­kə­mi­zin təh­lü­kə­siz­li­yi mə­sə­lə­lə­ri ön plan­da­dır, xü­su­si­lə in­di­ki şə­ra­it­də. Biz bu si­ya­sə­ti uzun il­lər­dir ki, apa­rı­rıq. Bə­zən bu­na gö­rə də müx­tə­lif yer­lər­dən Azər­bay­ca­na təz­yiq­lər gös­tə­ri­lir və bi­zə qar­şı kam­pa­ni­ya­lar apa­rı­lır. An­caq in­di­ki şə­ra­it, bu­gün­kü bey­nəl­xalq və­ziy­yət bir da­ha gös­tə­rir ki, bu ye­ga­nə düz­gün si­ya­sət­dir. Çün­ki bu gün böl­gə­də, dün­ya­da risq­lər, təh­lü­kə­lər ar­tır, təh­lü­kə mən­bə­lə­ri ge­niş­lə­nir, əf­sus­lar ol­sun ki, bi­zim coğ­ra­fi­ya­mız­da sa­bit­lik tə­min edil­mir, ək­si­nə, il­dən-ilə və­ziy­yət da­ha da gər­gin­lə­şir. Ona gö­rə təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri ön plan­da ol­ma­lı­dır.

Bu­nun­la bə­ra­bər, Azər­bay­can­da bü­tün azad­lıq­lar bun­dan son­ra da tə­min edi­lə­cək və bu iki ya­naş­ma ara­sın­da heç bir zid­diy­yət ol­ma­ma­lı­dır. Azər­bay­can azad döv­lət­dir, de­mok­ra­tik döv­lət­dir, de­mok­ra­tik in­ki­şaf is­ti­qa­mə­tin­də bir çox nai­liy­yət­lə­ri­miz var və bu pro­ses da­vam et­di­ril­mə­li­dir. Bü­tün fun­da­men­tal azad­lıq­lar Azər­bay­can­da bun­dan son­ra da tə­min edi­lə­cək və xal­qı­mız azad­lıq şə­rai­tin­də ya­şa­ya­caq­dır.

Azər­bay­can­da bun­dan son­ra da mil­lət­lə­ra­ra­sı, din­lə­ra­ra­sı mü­na­si­bət­lər ən yük­sək sə­viy­yə­də öz həl­li­ni ta­pa­caq. Biz in­di bir çox öl­kə­lər üçün nü­mu­nə­yik. Bu­nu ar­tıq heç kim giz­lət­mir. Nə­in­ki öl­kə­miz­də ke­çi­ril­miş bey­nəl­xalq təd­bir­lər, ey­ni za­man­da Azər­bay­can­da möv­cud olan və­ziy­yət bir çox öl­kə­lər üçün nü­mu­nə­dir. Həm­kar­la­rım və tə­mas­da ol­du­ğum xa­ri­ci qo­naq­lar bu­nun sir­ri­ni öy­rən­mək üçün mə­nə də­fə­lər­lə su­al­lar ve­rir­di­lər. Bu­nun sir­ri çox sa­də­dir. Sa­də­cə ola­raq, düz­gün si­ya­sət apa­rıl­ma­lı­dır, in­ki­şaf ol­ma­lı­dır, sa­vad­lı­lıq art­ma­lı­dır, mil­li və di­ni si­ya­sət düz­gün apa­rıl­ma­lı­dır. Azər­bay­can­da ya­şa­yan bü­tün xalq­la­rın, bü­tün din­lə­rin nü­ma­yən­də­lə­ri öz­lə­ri­ni ra­hat hiss et­mə­li­dir­lər. Bu gün bu və­ziy­yət re­al­lıq­dır. Azər­bay­can­da bü­tün xalq­la­rın nü­ma­yən­də­lə­ri bir ai­lə ki­mi, meh­ri­ban­lıq, sülh, qar­şı­lıq­lı an­laş­ma şə­rai­tin­də ya­şa­yır­lar. Bu da bi­zim bö­yük sər­və­ti­miz­dir, gü­cü­müz­dür və biz bu­nu qo­ru­yu­ruq, qo­ru­ma­lı­yıq. Şa­dam ki, bi­zim si­ya­sət, bu is­ti­qa­mət­də atı­lan ad­dım­lar xalq tə­rə­fin­dən tam dəs­tək­lə­nir. Ona gö­rə, bu gün Azər­bay­can dün­ya­da mul­ti­kul­tu­ra­liz­min mər­kə­zi sa­yı­lır.

Bu­nun­la bə­ra­bər, biz öz mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zə sa­di­qik. Tə­sa­dü­fi de­yil ki, ke­çən il Azər­bay­can­da "Mul­ti­kul­tu­ra­lizm İli", bu il "İs­lam Həm­rəy­li­yi İli" elan edil­miş­dir. Bu bir da­ha gös­tə­rir ki, öz kök­lə­ri­nə bağ­lı olan xalq və döv­lət hə­mi­şə düz­gün si­ya­sət apa­ra­caq. Mil­li də­yər­lə­ri möh­kəm olan xalq hə­mi­şə uğur qa­za­na­caq, in­ki­şaf edə­cək. He­sab edi­rəm ki, Azər­bay­can mo­de­li, o cüm­lə­dən bu is­ti­qa­mət­də əl­də et­di­yi­miz uğur­lar bir çox öl­kə­lər üçün çox cəl­be­di­ci­dir. Həm ənə­nə­lər, ta­ri­xi­miz, mə­də­niy­yə­ti­miz, di­ni­miz bi­zim üçün mü­qəd­dəs­dir, ey­ni za­man­da, biz dün­ya­ya açı­ğıq, müa­si­rik, bü­tün öl­kə­lər­lə yax­şı mü­na­si­bət­lər qur­ma­ğa ça­lı­şı­rıq.

Əl­bət­tə, bü­tün bu amil­lə­ri nə­zə­rə ala­raq, bun­dan son­ra da Azər­bay­can­da sa­bit­lik da­vam et­di­ri­lə­cək. Bu gün ar­tıq re­al­lıq­dır ki, sa­bit­lik ol­ma­dan heç bir in­ki­şaf­dan söh­bət ge­də bil­məz, sa­bit ol­ma­yan öl­kə­lə­rə heç kim sər­ma­yə qoy­maz, heç kim tu­rist ki­mi gəl­məz, be­lə öl­kə­lər­lə heç kim gö­zəl mü­na­si­bət­lər qur­ma­ğa ça­lış­maz. Ona gö­rə, sa­bit­lik hər bir öl­kə­nin əsas ami­li­dir, in­ki­şa­fın əsas ami­li­dir. An­caq sa­bit­li­yi in­zi­ba­ti yol­lar­la əl­də et­mək müm­kün de­yil. Bu mü­vəq­qə­ti ola­caq. İn­di bir ne­çə öl­kə­də xü­su­si təh­lü­kə­siz­lik təd­bir­lə­ri gö­rü­lür, xü­su­si re­jim tət­biq olu­nur. Bu, in­zi­ba­ti yol­lar­dır. Am­ma sa­bit­li­yin əsl ma­hiy­yə­ti on­da­dır ki, xalq döv­lət si­ya­sə­ti­ni dəs­tək­lə­sin, xalq və­ziy­yət­lə ra­zı ol­sun, xalq in­ki­şaf­la qü­rur duy­sun. Biz bax, bu sa­bit­li­yi ya­rat­mı­şıq və Azər­bay­can­da hökm sü­rən sa­bit­li­yin tə­mə­lin­də bu amil­lər da­ya­nır - xalq-iq­ti­dar bir­li­yi, bi­zim si­ya­sə­ti­miz və əl­də edil­miş uğur­lar. Ən yax­şı təb­li­ğat va­si­tə­si re­al hə­yat­dır. Bu gün Azər­bay­can çox­şa­xə­li şə­kil­də in­ki­şaf edir və bü­tün is­ti­qa­mət­lər­də bö­yük uğur­lar qa­za­nıb.

Da­xi­li si­ya­sət mə­sə­lə­lə­ri­nə gəl­dik­də, əl­bət­tə ki, biz so­si­al sa­hə­yə bun­dan son­ra da xü­su­si diq­qət ayı­ra­ca­ğıq. Bu sa­hə bi­zim üçün prio­ri­tet­dir. Mən də­fə­lər­lə de­mi­şəm ki, si­ya­sə­ti­mi­zin mər­kə­zin­də Azər­bay­can və­tən­da­şı da­ya­nır. Biz bü­tün iş­lə­ri ona gö­rə gö­rü­rük ki, xal­qı­mız da­ha da yax­şı ya­şa­sın. Azər­bay­can­da bir çox so­si­al tə­şəb­büs­lər irə­li sü­rül­müş­dür, so­si­al in­fras­truk­tur la­yi­hə­lə­ri ge­niş vü­sət alıb. Ey­ni za­man­da, Azər­bay­can elə tə­şəb­büs­lər irə­li sü­rür ki, bu, dün­ya üçün bir ye­ni­lik­dir. Mən bun­la­rın ara­sın­da küt­lə­vi müa­yi­nə­dən­keç­mə proq­ra­mı­nı xü­su­si qeyd et­mək is­tər­dim. Bir ne­çə il­dir ki, bu proq­ram ic­ra edi­lir. Bu proq­ra­mı ic­ra et­mək üçün ilk növ­bə­də sə­hiy­yə sa­hə­sin­də is­la­hat­lar apa­rıl­ma­lı və müa­sir in­fras­truk­tur ya­ra­dıl­ma­lı idi. Ar­tıq 600-dən çox xəs­tə­xa­na­nın ti­kin­ti­si, tə­mi­ri bi­zə be­lə im­kan­la­rı ya­ra­dır. Küt­lə­vi müa­yi­nə­dən­keç­mə proq­ra­mı­nı əha­tə edən bü­tün qu­rum­lar bu nə­ti­cə­ni əl­də edib­lər - bu il 5 mil­yon­dan çox Azər­bay­can və­tən­da­şı pul­suz müa­yi­nə­dən ke­çib­dir. Bax, bi­zim si­ya­sə­ti­miz bun­dan iba­rət­dir. Bi­zim si­ya­sə­ti­miz 3 min­dən ar­tıq mək­tə­bin ti­kil­mə­sin­də, ma­aş­la­rın, pen­si­ya­la­rın ar­tı­rıl­ma­sın­da özü­nü gös­tə­rir. Azər­bay­can büd­cə­sin­də so­si­al xərc­lər, əl­bət­tə ki, prio­ri­tet ola­raq qa­la­caq və bun­dan son­ra da bu is­ti­qa­mət­də əla­və ad­dım­lar atıl­ma­lı­dır.

Azər­bay­can xa­ri­ci si­ya­sət sa­yə­sin­də bö­yük uğur­lar əl­də edib. Bu­nu ar­tıq Azər­bay­can ic­ti­ma­iy­yə­ti bi­lir. Biz bey­nəl­xalq are­na­da öz mil­li ma­raq­la­rı­mı­zı bun­dan son­ra da mü­da­fiə edə­cə­yik. Biz bu gün dün­ya­da çox bö­yük hör­mə­tə ma­lik olan öl­kə ki­mi ta­nı­nı­rıq. Bi­zim­lə əmək­daş­lıq et­mək is­tə­yən öl­kə­lə­rin sa­yı ar­tır. Er­mə­nis­tan­dan baş­qa heç bir öl­kə ilə iki­tə­rəf­li for­mat­da bi­zim prob­le­mi­miz yox­dur. Biz bir çox üç­tə­rəf­li əmək­daş­lıq for­mat­la­rı irə­li sür­dük.

Bu gün bi­zim bey­nəl­xalq təş­ki­lat­lar­la da çox yax­şı mü­na­si­bət­lə­ri­miz var və biz bu təş­ki­lat­lar­da fə­al rol oy­na­yı­rıq. Mən on­la­rın içə­ri­sin­də ilk növ­bə­də İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı­nı qeyd et­mək is­tər­dim. Azər­bay­can bu təş­ki­la­tın fə­al üz­vü­dür. Bu təş­ki­lat er­mə­ni tə­ca­vü­zü ilə bağ­lı ke­çən il Kon­takt Qru­pu ya­rat­mış­dır. Er­mə­ni tə­ca­vü­zü, ötən ilin ap­rel ayın­da on­la­rın tö­rət­dik­lə­ri təx­ri­bat ha­di­sə­lə­ri İs­lam Əmək­da­şıq Təş­ki­la­tı tə­rə­fin­dən pis­lə­nil­di. Azər­bay­can döv­lə­ti­nə, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı Azər­bay­ca­nın möv­qe­yi­nə da­im dəs­tək gös­tə­ri­lir.

Ey­ni za­man­da, Azər­bay­can bu təş­ki­lat çər­çi­və­sin­də iki­tə­rəf­li əla­qə­lə­ri də ge­niş­lən­di­rir. Mən bu ya­xın­lar­da Səu­diy­yə Ərə­bis­ta­nın­da Ərəb-İs­lam-Ame­ri­ka Zir­və gö­rü­şü­nü xü­su­si qeyd et­mək is­tə­yi­rəm. Azər­bay­can bu Zir­və­də yük­sək sə­viy­yə­də iş­ti­rak et­miş­dir. He­sab edi­rəm ki, bu Zir­və­nin çox bö­yük mə­na­sı var. İlk növ­bə­də, mü­səl­man alə­mi həm­rəy­lik nü­ma­yiş et­dir­miş­dir və təq­di­rə­la­yiq hal­dır ki, Ame­ri­ka Pre­zi­den­ti cə­nab Tramp öz ilk xa­ri­ci rəs­mi sə­fə­ri­ni mü­səl­man öl­kə­si­nə edib­dir. Biz bu­nu Azər­bay­can­da yük­sək qiy­mət­lən­di­ri­rik. He­sab edi­rəm ki, bu, bü­tün mü­səl­man alə­mi­nə Ame­ri­ka Pre­zi­den­ti tə­rə­fin­dən gös­tə­ri­lən bö­yük hör­mə­tin əla­mə­ti­dir. Yə­ni, bu sə­fə­rin və Zir­və gö­rü­şü­nün təş­ki­li­nin özü ar­tıq bö­yük ha­di­sə­dir və ora­da Ame­ri­ka Pre­zi­den­ti tə­rə­fin­dən səs­lə­nən fi­kir­lər əl­bət­tə ki, çox yük­sək qiy­mət­lən­di­ril­mə­li­dir. Xü­su­si­lə o de­miş­dir ki, Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rı bun­dan son­ra mü­səl­man öl­kə­lə­ri­nin da­xi­li iş­lə­ri­nə qa­rış­ma­ya­caq, on­la­ra öyüd-nə­si­hət ver­mə­yə­cək, on­la­ra mü­ha­zi­rə oxu­ma­ya­caq. Bu, çox cid­di bə­ya­nat­dır və de­yə bi­lə­rəm ki, Zir­və gö­rü­şü­nün de­mək olar bü­tün iş­ti­rak­çı­la­rı bu bə­ya­nat­la­rı yük­sək qiy­mət­lən­di­rib­lər, o cüm­lə­dən Azər­bay­can. Çün­ki biz ha­mı­mız yax­şı bi­li­rik ki, Azər­bay­can xa­ri­ci mü­da­xi­lə nə­ti­cə­sin­də ən çox atəş al­tın­da olan öl­kə­lər­dən bi­ri­dir.

Ümid edi­rəm ki, bu cid­di siq­nal bü­tün ai­diy­yə­ti qu­rum­la­ra, o cüm­lə­dən Av­ro­pa tə­si­sat­la­rı­na da ça­ta­caq və bi­zim işi­mi­zə qa­rış­ma cəhd­lə­ri ara­dan gö­tü­rü­lə­cək. On­suz da bu il­dən baş­la­ya­raq Ame­ri­ka rəh­bər­li­yin­də də­yi­şik­lik­lər ol­du və gö­rü­rük ki, ar­tıq bu mü­da­xi­lə­lə­rin tə­za­hür­lə­ri ya­vaş-ya­vaş ara­dan gö­tü­rü­lür. Biz bu­nu al­qış­la­yı­rıq və ümid edi­rik ki, bu da­vam et­di­ri­lə­cək. Çün­ki ye­ga­nə düz­gün si­ya­sət də məhz bu­dur. Mən əv­vəl­lər də de­mi­şəm, bu gün də de­mək is­tə­yi­rəm ki, əgər öl­kə­lər bir-bi­ri­nin işi­nə qa­rış­ma­sa­lar on­da nə mü­ha­ri­bə, nə mü­na­qi­şə ola­caq, an­caq sülh ola­caq, əmək­daş­lıq ola­caq.

Azər­bay­can heç bir öl­kə­nin işi­nə heç vaxt qa­rış­ma­yıb və heç vaxt qoy­ma­yıb və qoy­ma­ya­caq ki, kim­sə gə­lib bi­zim işi­mi­zə qa­rış­sın, bi­zə dərs de­sin və bi­zə yu­xa­rı­dan aşa­ğı bax­sın. Azər­bay­can lə­ya­qət­li döv­lət­dir. Öz qü­ru­ru­mu­zu qo­ru­mu­şuq və qo­ru­ya­ca­ğıq.

Xa­ri­ci si­ya­sə­ti­mi­zin əsas is­ti­qa­mə­ti Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li­dir. Bu is­ti­qa­mət­də bi­zim prin­si­pi­al möv­qe­yi­miz­də heç bir də­yi­şik­lik yox­dur. Dağ­lıq Qa­ra­bağ əzə­li Azər­bay­can tor­pa­ğı­dır. Bu gün də be­lə­dir, sa­bah da be­lə ola­caq­dır. Mü­na­qi­şə bey­nəl­xalq hü­qu­qun nor­ma və prin­sip­lə­ri­nə uy­ğun öl­kə­lə­rin əra­zi bü­töv­lü­yü çər­çi­və­sin­də, Hel­sin­ki Ye­kun Ak­tı­nın qə­rar­la­rı­na uy­ğun şə­kil­də öz həl­li­ni tap­ma­lı­dır. Azər­bay­can heç vaxt im­kan ver­mə­yə­cək ki, bi­zim ta­ri­xi tor­pa­ğı­mız­da ikin­ci qon­dar­ma er­mə­ni döv­lə­ti ya­ra­dıl­sın. Elə möv­cud olan er­mə­ni döv­lə­ti bi­zim tor­pa­ğı­mız­da ya­ra­dı­lıb­dır. Biz yax­şı bi­li­rik ki, 1918-ci il­də İrə­van Er­mə­nis­ta­na hə­diy­yə ki­mi ve­ril­miş­dir. Ona gö­rə, tor­pa­ğı­mız­da ikin­ci qon­dar­ma er­mə­ni döv­lə­ti­nin ya­ra­dıl­ma­sı müm­kün de­yil. BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qət­na­mə­lə­ri ic­ra edil­mə­li­dir, iş­ğal­çı qüv­və­lər tor­paq­la­rı­mız­dan qeyd-şərt­siz çı­xa­rıl­ma­lı­dır.

Bey­nəl­xalq təş­ki­lat­la­rın qə­rar və qət­na­mə­lə­ri bi­zi qa­ne edir. Bu, mü­na­qi­şə­nin həl­li üçün hü­qu­qi əsas­dır. Ey­ni za­man­da, son müd­dət ər­zin­də səs­lə­nən bə­ya­nat­lar və atı­lan ad­dım­lar da yük­sək qiy­mət­lən­di­ril­mə­li­dir. Xü­su­si­lə həm Minsk Qru­pu­na həm­sədr­lik edən öl­kə­lər, həm Av­ro­pa İt­ti­fa­qı, di­gər qu­rum­lar ar­tıq bir­mə­na­lı şə­kil­də de­yir­lər ki, sta­tus-kvo qə­bu­le­dil­məz­dir, də­yiş­di­ril­mə­li­dir. Düz­dür, hə­lə ki, bu bə­ya­nat­lar­dan son­ra heç bir ad­dım atıl­mır. Göz­lə­yi­rik ki, bu ad­dım da atı­la­caq və iş­ğal­çı­ya təz­yiq gös­tə­ri­lə­cək. On­la­ra qar­şı sank­si­ya tət­biq olu­na­caq və müt­ləq ol­ma­lı­dır. Əgər Er­mə­nis­ta­na bu iş­ğal­çı si­ya­sə­ti­nə gö­rə sank­si­ya­lar tət­biq edil­mə­sə, bu, iki­li stan­dart­la­rın növ­bə­ti əla­mə­ti ola­caq­dır. Bu­na bax­ma­ya­raq, be­lə bə­ya­nat­la­rın özü də, he­sab edi­rəm ki, müs­bət ad­dım­dır.

Ey­ni za­man­da, Dağ­lıq Qa­ra­bağ­da ke­çi­ril­miş qon­dar­ma "re­fe­ren­dum"a çox sərt re­ak­si­ya ve­ril­di, həm qon­şu öl­kə­lər tə­rə­fin­dən, həm Minsk Qru­pun­dan, həm Av­ro­pa İt­ti­fa­qın­dan və di­gər öl­kə­lər­dən. Heç kim bu qon­dar­ma yı­ğın­ca­ğı, bu bia­bır­çı­lı­ğı qə­bul et­mə­di, ək­si­nə, bu­nu pis­lə­di. Bir da­ha sü­but et­di­lər və gös­tər­di­lər ki, Dağ­lıq Qa­ra­bağ Azər­bay­ca­nın ay­rıl­maz tor­pa­ğı­dır, öl­kə­mi­zin ay­rıl­maz his­sə­si­dir. Biz isə öz si­ya­sə­ti­mi­zi da­vam et­di­rə­cə­yik. Da­nı­şıq­lar­da bi­zim prin­si­pi­al möv­qe­yi­miz tam əsas­lı­dır və biz bu si­ya­sət­dən bir mil­li­metr də ge­ri çə­ki­lən de­yi­lik.

Məc­bu­ri köç­kün­lər­lə bağ­lı bi­zim si­ya­sə­ti­miz göz qa­ba­ğın­da­dır. Son il­lər ər­zin­də 100-ə ya­xın qə­sə­bə sa­lı­nıb. Ha­zır­da ye­ni qə­sə­bə­lər sa­lı­nır. Ey­ni za­man­da, biz Ba­kı, Sum­qa­yıt şə­hər­lə­rin­də qə­za­lı bi­na­lar­da ya­şa­yan köç­kün­lər üçün də ye­ni bi­na­la­rın ti­kin­ti­si­nə baş­la­yı­rıq. Bu da çox ge­niş bir proq­ram ola­caq­dır. Bir ne­çə min ai­lə, məc­bu­ri köç­kün ya­xın gə­lə­cək­də ye­ni, gö­zəl ev­lə­rə, mən­zil­lə­rə kö­çü­rü­lə­cək.

Or­du qu­ru­cu­lu­ğu is­ti­qa­mə­tin­də si­ya­sə­ti­miz özü­nü tam doğ­rul­dub. Bu gün Azər­bay­can Or­du­su dün­ya miq­ya­sın­da güc­lü or­du­lar sı­ra­sın­da­dır. Bey­nəl­xalq rey­tinq­lər də bu­nu gös­tə­rir. Or­du­mu­zun mad­di-tex­ni­ki təc­hi­za­tı, dö­yüş qa­bi­liy­yə­ti, or­du­da və­tən­pər­vər­lik ru­hu yük­sək sə­viy­yə­də­dir. Bu gün biz ən qa­baq­cıl tex­no­lo­gi­ya­la­ra ma­lik olan tex­ni­ka alı­rıq, si­lah­lar alı­rıq və ala­ca­ğıq. Or­du­muz üçün nə qə­dər və­sa­it ayır­maq la­zım­dır­sa, biz o qə­dər də ayı­ra­ca­ğıq. Di­lən­çi Er­mə­nis­tan­dan fərq­li ola­raq, biz Or­du­mu­zu öz he­sa­bı­mı­za tə­min edi­rik, müs­tə­qil öl­kə ki­mi ya­şa­yı­rıq. On­lar isə baş­qa yo­lu se­çib­lər, bu, müs­təm­lə­kə yo­lu­dur, bu, on­la­rın se­çi­mi­dir.

Bu gün Azər­bay­can Or­du­su is­tə­ni­lən və­zi­fə­ni ic­ra et­mə­yə ha­zır­dır, bu­na qa­dir­dir. Ke­çən ilin ap­rel dö­yüş­lə­ri bu­nu gös­tər­di. Ap­rel dö­yüş­lə­ri xal­qı­mı­zın, Or­du­mu­zun gü­cü­nü gös­tər­di. Bir da­ha gös­tər­di ki, Azər­bay­can Er­mə­nis­ta­nın si­lah­lı təx­ri­bat­la­rı­na heç vaxt döz­mə­yə­cək və gös­tər­di ki, Azər­bay­can in­di­ki və­ziy­yət­lə heç vaxt ba­rış­ma­ya­caq.

Əl­bət­tə, bü­tün plan­la­rı­mı­zı hə­ya­ta ke­çir­mək üçün biz güc­lü iq­ti­sa­diy­ya­ta ma­lik ol­ma­lı­yıq. Bu is­ti­qa­mət­də də çox bö­yük ad­dım­lar atı­lır. Azər­bay­can iq­ti­sa­diy­ya­tı rə­qa­bət­qa­bi­liy­yət­li­li­yi­nə gö­rə dün­ya­da 37-ci yer­də­dir. Bax­ma­ya­raq ki, bey­nəl­xalq ma­liy­yə böh­ra­nı bi­zə də tə­sir et­di. Bax­ma­ya­raq ki, nef­tin qiy­mə­ti­nin aşa­ğı düş­mə­si, tə­bii ki, gə­lir­lə­ri­mi­zə mən­fi tə­sir et­di. Ar­tıq Azər­bay­can iq­ti­sa­diy­ya­tı möv­cud və­ziy­yə­tə adap­ta­si­ya olun­du, mil­li val­yu­ta­mız sa­bit­ləş­di, qey­ri-neft ix­ra­cı­mız ar­tır. Dörd ayın iq­ti­sa­di gös­tə­ri­ci­lə­ri çox müs­bət­dir. Bi­zim val­yu­ta eh­ti­yat­la­rı­mız, ti­ca­rət döv­riy­yə­si ar­tıb. Ti­ca­rət döv­riy­yə­sin­də müs­bət sal­do 1,2 mil­yard dol­la­ra ça­tıb­dır. Ti­ca­rət döv­riy­yə­si 11 fa­iz, ix­rac 41 fa­iz, qey­ri-neft ix­ra­cı 22 fa­iz, kənd tə­sər­rü­fa­tı ix­ra­cı 44 fa­iz art­mış­dır.

Azər­bay­can­da bu­gün­kü ma­liy­yə və iq­ti­sa­di və­ziy­yət sa­bit­dir, da­ya­nıq­lı­dır. Bü­tün büd­cə proq­noz­la­rı ye­ri­nə ye­ti­ri­lir. Mən nə bu il, nə gə­lən il öl­kə iq­ti­sa­diy­ya­tı üçün heç bir prob­lem gör­mü­rəm. Xü­su­si­lə nə­zə­rə al­saq ki, bi­zim val­yu­ta eh­ti­yat­la­rı­mız da ar­tır, bu il də ar­tıb­dır. Val­yu­ta eh­ti­yat­la­rı­mız xa­ri­ci borc­dan 4-5 də­fə çox­dur. Ona gö­rə, is­tə­ni­lən öl­kə, bax, bu və­ziy­yə­ti özü üçün ar­zu­la­ya bi­lər.

Əl­bət­tə, bu gün qar­şı­mız­da du­ran va­cib mə­sə­lə­lər­dən bi­ri Cə­nub Qaz Dəh­li­zi­nin ba­şa çat­dı­rıl­ma­sı­dır. Azər­bay­can bu is­ti­qa­mət­də də öz tə­rəf­daş­la­rı ilə uğur­la­ra im­za atıb­dır. "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si uğur­la ic­ra edi­lir. Mən söz­lə­ri­mi əsas­lan­dır­maq üçün bə­zi rə­qəm­lə­ri də səs­lən­di­rə bi­lə­rəm. Bil­di­yi­niz ki­mi, Cə­nub Qaz Dəh­li­zi dörd la­yi­hə­dən iba­rət­dir. "Şah­də­niz-2" la­yi­hə­si­nin ic­ra­sı 93 fai­zə ça­tıb­dır. İkin­ci la­yi­hə Cə­nu­bi Qaf­qaz kə­mə­ri­dir. Ora­da ic­ra sə­viy­yə­si 85 fa­iz­dir. Üçün­cü la­yi­hə Trans-Ana­do­lu neft kə­mə­ri - TA­NAP-dır. Bu­ra­da iş­lə­rin 72 fai­zi­nin gö­rül­mə­si tə­min edi­lib­dir. Dör­dün­cü la­yi­hə Trans-Ad­ria­tik kə­mə­ri - TAP-dır. Ora­da isə ic­ra sə­viy­yə­si 42 fa­iz­dir. Onu da qeyd et­mək is­tə­yi­rəm ki, pla­na gö­rə TAP-ın ic­ra sə­viy­yə­si bu gü­nə 45 fa­iz ol­ma­lı idi. Yə­ni ki, o sə­viy­yə­yə ya­xın­dır. Mən bu­nu xü­su­si­lə vur­ğu­la­maq is­tə­yi­rəm. Çün­ki Azər­bay­can ic­ti­ma­iy­yə­ti bi­lir ki, TAP la­yi­hə­si­ni ən­gəl­lə­mək üçün in­di bö­yük səy­lər gös­tə­ri­lir, qrup­lar təş­kil olu­nur, eko­lo­ji mə­sə­lə­lər bə­ha­nə ki­mi or­ta­lı­ğa atı­lır. Biz­də olan mə­lu­ma­ta gö­rə, bu­nun ar­xa­sın­da bö­yük pul­lar da­ya­nır. Yə­ni o qrup­lar sü­ni şə­kil­də, heç bir əsa­sı ol­ma­dan təş­kil edi­lir. Am­ma ay­dın­dır nə üçün, bu la­yi­hə­ni da­yan­dır­maq, ya­xud da ki, lən­git­mək üçün. Bü­tün bun­la­ra bax­ma­ya­raq, TAP la­yi­hə­si­nin ic­ra­sı plan­dan cə­mi 3 fa­iz ge­ri­də­dir. Ona gö­rə, əmi­nəm ki, bu la­yi­hə­nin ic­ra­sın­da da heç bir prob­lem ol­ma­ya­caq.

Bi­lir­si­niz ki, bu gün biz bö­yük nəq­liy­yat la­yi­hə­lə­ri üzə­rin­də iş­lə­yi­rik. Ba­kı-Tbi­li­si-Qars və Şi­mal-Cə­nub la­yi­hə­lə­ri ilə bağ­lı Azər­bay­ca­nın üzə­ri­nə dü­şən və­zi­fə­lər tam ic­ra edi­lib. İn­di əl­bət­tə ki, tə­rəf­daş öl­kə­lər­də bu iş­lə­rin sü­rət­lən­di­ril­mə­si pro­se­si ge­dir. Biz də gə­lə­cək­də bu iş­lər­də iş­ti­rak edə bi­lə­rik. Be­lə olan hal­da in­di əsas bö­yük nəq­liy­yat la­yi­hə­lə­ri ara­sın­da prio­ri­tet Ələt Bey­nəl­xalq Də­niz Li­ma­nı­nın ti­kin­ti­si­nin ba­şa çat­dı­rıl­ma­sı­dır və bu­nun üçün la­zı­mi və­sa­it ay­rı­lıb. Əmi­nəm ki, bun­dan son­ra bir il ər­zin­də, yə­ni he­sab edi­rəm, gə­lən ilin ya­yı­na qə­dər Ba­kı Ələt Bey­nəl­xalq Də­niz Li­ma­nı is­ti­fa­də­yə ve­ri­lə­cək. Bu, Xə­zər də­ni­zin­də ən bö­yük li­man ola­caq və bi­zim nəq­liy­yat im­kan­la­rı­mı­zı bö­yük də­rə­cə­də ar­tı­ra­caq.

Əl­bət­tə ki, qar­şı­da du­ran və­zi­fə­lər qeyd et­di­yim və­zi­fə­lər­dən da­ha da çox­şa­xə­li­dir və çox­dur. Sa­də­cə ola­raq, mən əsas is­ti­qa­mət­lər üz­rə gə­lə­cək fəa­liy­yə­ti­mi­zi xal­qa təq­dim et­dim. Əmi­nəm ki, biz bü­tün is­ti­qa­mət­lər üz­rə bun­dan son­ra da sü­rət­lə in­ki­şaf edə­cə­yik. Bi­zim uğur­la­rı­mı­zın tə­mə­lin­də, əl­bət­tə, dü­şü­nül­müş si­ya­sət da­ya­nır və o amil da­ya­nır ki, bu gün Azər­bay­can xal­qı müs­tə­qil­lik şə­rai­tin­də ya­şa­yır. Müs­tə­qil­li­yin də­yər­lə­ri, o cüm­lə­dən re­al hə­yat­da özü­nü gös­tə­rir. Müs­tə­qil­lik bi­zim üçün ən bö­yük sər­vət­dir, ən bö­yük ne­mət­dir. Biz müs­tə­qil­li­yi qo­ru­yu­ruq və qo­ru­ya­ca­ğıq. Sağ olun”.

Rəs­mi qə­bul kon­sert proq­ra­mı ilə da­vam edib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 00:28
Ermənilər işğalı dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

08.05.2026 / 11:33
At DNT-si tapılmış “Alp Delux” restoranına niyə cinayət işi açılmadı...

08.05.2026 / 11:17
ABŞ ilə İran 30 günlük Memorandum imzalamağa hazırlaşır...

08.05.2026 / 11:10
ABŞ kəşfiyyatından Trampın “bitdi” dediyi İran ordusu ilə bağlı ŞOK İDDİA – 40 günlük bombardman və blokada işə yaramadı...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ