Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Ölkənizə bu yaxınlarda etdiyim səfərimi məmnunluqla xatırlayaraq, Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm.
Ulu Tanrının mərhəməti Zati-alinizin, ölkənizin rəhbərliyinin və Azərbaycan xalqının üzərində olsun".
I Elizabet də Prezident İlham Əliyevi təbrik edib
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Milli bayramınız olan Respublika Günü münasibətilə Sizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Qarşıdan gələn illərdə Azərbaycan xalqına xoşbəxtlik arzulayıram".
İtaliya Prezidenti nədən məmnundur?
İtaliya Prezidenti Sergio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. İtaliya xalqı adından və öz adımdan dost Azərbaycan xalqına 28 May - Respublika Günü münasibətilə səmimi sülh və rifah arzularımı bildirirəm.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğu bir zamanda İtaliya və Azərbaycanı birləşdirən möhkəm əlaqələrin səviyyəsindən çox məmnunuq. Bu cür dostluq və əməkdaşlıq əlaqələri rəsmi və vətəndaş cəmiyyətləri arasında getdikcə daha davamlı şəkil alan münasibətlər sayəsində zənginləşir.
Ümid edirəm ki, ölkələrimiz arasındakı mövcud səmərəli əlaqələr gələcəkdə daha da dərinləşəcək və şaxələnəcək. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq Sazişinin yekunlaşması üçün göstərdiyimiz səylər ümumi maraqlarımıza aid mövzular barədə konstruktiv dialoq və iqtisadi-ticari sahədə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün səmərəli şərait yaradacaqdır".