Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən sammitində maraqlı anlar yaşanıb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, sammitdə iştirak edən Ermənistanın xarici işlər nazirinin müavini Aşot Ovakimyanın çıxışına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt etiraz edib. Xəbərə görə, erməni nazir müavini Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovu “sammitdən siyasi spekulyasiya vasitəsi kimi istifadə etməməyə” çağırıb. Onun sözlərinə görə, guya Azərbaycan Qarabağ münaqişəsi kontekstində Ermənistanı əsassız məsələlərdə ittiham edir.
Məsələyə Ərdoğanın kəskin reaksiyası isə özünü çox gözlətməyib. Türkiyə prezidenti deyib ki QDİƏT sammitinin siyasi spekulyasiya meydançası olmaması fikrilə o da razıdır, lakin burada heç bir iştirakçı siyası suçlamalar və ya siyasi qiymətlərlə çıxış etmədi.”Bunu ancaq siz etdiniz, hətta bütün çıxışınızı siyasi suçlamalara həsr etdiniz ki, bu da doğru deyil”- o deyib.