Mayın 20-də Prezident İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığına səfərə gedib.
Ər-Riyad şəhərinin “King Salman Air Base” aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıb.