Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşçilərinin yarışında qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Trend-in məlumatına görə, 66 kq çəki dərəcəsində qalib gələn güləşçilərə medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.
Bu çəki dərəcəsində idmançımız Kamran Məmmədov birinci olub.
Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.