Rusiyada Azərbaycan vətəndaşlarının maraqlarını 260-a yaxın təşkilat təmsil edir. Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsini şərh edərkən deyib.
O deyib: “Rusiya Azərbaycanla strateji tərəfdaşlığa böyük önəm verir, münasibətlərin möhkəmləndirilməsi kursu hər iki ölkə rəhbərləri tərəfindən qəbul edilib.”
O, əmin olduğunu vurğulayıb ki, qurumun ləğv edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyəcək.