Baş prokuror Zakir Qaralov mayın 26-da saat 10:00-da Göygöl Rayon Prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Göygöl, Goranboy, Samux, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Göygöl şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli-telefonu-və-contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilər.