ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurzun Cənubi Qafqaz regionuna səfəri bu il ərzində baş tutacaq. Bu barədə APA-ya Avstriya sədrliyinin mətbuat ofisindən məlumat verilib.
Bildirilir ki, səfərin dəqiq tarixi hələlik müəyyənləşməyib.
Qeyd edək ki, ATƏT-ə sədrlik edən ölkələr ənənəvi olaraq hər il Dağlıq Qarabağ münaqişəsinin tərəfləri olan Azərbaycan və Ermənistana səfər edirlər. 2016-cı ildə ATƏT-ə sədrlik edən Almaniya xarici işlər naziri Frank Volter Ştaynmayer iyunun 30-da, 2015-ci ildə sədrlik edən Serbiyanın xarici işlər naziri İvitsa Daçiç isə iyunun 1-də Azərbaycana səfər edib.