Prezident İlham Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan X alq Cumhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Milli Məclisə Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilir.