şənbə günü, 24 oktyabr 2026
     

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi Milli Məclisdə də qaldırıldı

Image


Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi Milli Məclisin bu gün keçirilən iclasında narazılığa və mübahisələrə səbəb olub. APA-nın məlumatına görə, deputat Zahid Oruc çıxışı zamanı bildirib ki, ağılla Rusiyanı dərk etmək mümkün deyil.

O qeyd edib ki, ÜAK-ın ləğvi ermənilərin Rusiya dövləti üzərində qələbəsidir: “Mən başa düşmürəm ki, Rusiya ilə əməkdaşlıqdan kimlər narahatdır? Əminəm ki, qeydiyyat ləğvi məsələsi axıra kimi mümkün olmayacaq”.

Vitse-spiker Bahar Muradova isə deyib ki, bu, ilk növbədə Rusiyanın sərbəst toplaşmaq məsələsinə, vətəndaşına olan münasibətidir: “Biz Azərbaycanda rus dilini və mədəniyyətini ona görə inkişaf etdirmirik ki, bu, Rusiyanın xoşuna gəlsin. Sadəcə biz burada yaşayanlara qarşı adekvat münasibət göstəririk”.

B. Muradova həmkarlarına tövsiyə edib ki, bu məsələ ilə bağlı fantaziyalara söykənib çox dərinə getmək də düzgün deyil: “Çünki Rusiyanın daxili işidir və ilk növbədə o, öz vətəndaşlarının təşkilatını ləğv edib. Amma təbii ki, bu bizi narahat etməyə bilməz”.

Vitse-spikerin çıxışı zamanı Z. Orucun yerdən replikası onun sərt təpkisinə səbəb olub: “Zahid Oruc, bəlkə imkan verəsən danışaq?"

B. Muradova deyib ki, Azərbaycanda tolerantlıq hökm sürür və burada yaşayan istənilən xalqa hörmət var: “Amma təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanlılara da belə münasibət göstərilsin. Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illərdir iki ölkə arasında münasibətlər inkişaf səviyyəsinə gəlib çıxıbsa, demək ki, orada bizi sevənlər də çoxdur. Bu, onların politoloqları, siyasətçiləri tərəfindən açıq şəkildə deyilir. Sonuncu addım isə Azərbaycana qarşı düşmənçilik mövqeyidir”.

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, nə qədər ki, Rusiyanın yanında ermənilər var, çətin ki, Rusiyanın bizimlə münasibətləri normal olsun: “Biz bütün məqamlara hazır olmalıyıq”.

Öz növbəsində deputat Vahid Əhmədov bildirib ki, Rusiya faktiki olaraq Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir: “Eyni zamanda, Azərbaycanın dövlət başçısının müstəqil siyasətini yaxın buraxmaq istəmir. Rusiya hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanla təhdid dili ilə danışır. Biz də buna hazır olmalıyıq. Bununla yanaşı, Azərbaycanda yaşayan rusdilli insanlara qarşı münasibəti eyni səviyyədə saxlamalıyıq. Bu məsələdə diqqətli olmalıyıq. Kimlərsə bundan ölkəmizə qarşı istifadə etməsinlər”.

 

Oqtay Əsədov Rusiya Dumasının sədri ilə ÜAK-ın məsələsini müzakirə edəcək

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsini Rusiya Dövlət Dumasının sədri ilə müzakirə edəcək. Bu barədə O. Əsədov bildirib.

Spiker qeyd edib ki, Federasiya Şurasının sədri ilə də məsələni müzakirə edəcək: “Bununla yanaşı, artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq”.

 

Əli Hüseynli: “Ümid edirik ki, növbəti mərhələdə ÜAK-la bağlı məsələ həllini tapacaq”

“Azərbaycan həmişə Rusiya ilə münasibətlərə bütün beynəlxalq tribunalarda üstünlük verib, dəstəkləyib. İndi isə növbə Rusiyanındır”. Bunu isə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri Əli Hüseynli bildirib.

Ümumrusiya Azərbaycan Konqresinin ləğvinə etirazını bildirən Ə. Hüseynli qeyd edib ki, son illərdə Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub: “Rusiya tərəfi bilməlidir ki, Ali məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş ediləcək”.

 

Azərbaycan Rus İcmasının rəhbəri: “ÜAK-la bağlı qərarın dəyişdirilməsinə nail olmaq lazımdır”

Azərbaycan və Rusiya parlamentlərarası komissiyası və dostluq qrupu kəskin mövqe bildirməlidir və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi qərarının dəyişdirilməsinə nail olmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında deputat, Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin deyib.

O qeyd edib ki, ÜAK ətrafında yaranmış vəziyyət Azərbaycanın rus sakinlərini narahat etməyə bilməz: “Son dövrlərdə biz dəfələrlə Rusiyanın müxtəlif strukturlarına bu məsələ ilə bağlı müraciət etmişik. Azərbaycan kimi Rusiya da çoxmillətli ölkədir. Biz, Azərbaycanda yaşayan ruslar bu ölkənin rus mədəniyyətinə, dəyərlərinə və dilinə göstərilən hörməti yüksək qiymətləndiririk”.

 

Bahar Muradova: “Azərbaycanın xaricdəki həmvətənlərinə adekvat münasibət tələb etmək hüququ var”

Azərbaycanın xaricdəki həmvətənlərinə adekvat münasibət tələb etmək hüququ var. Bunu isə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O bildirib: "Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı yaranmış bu vəziyyət ciddi narahatlıq doğurur. Yalnız ona görə yox ki, bu məsələ Azərbaycan və Rusiya arasında olan məsələdir. Bu, ilk növbədə Rusiyanın daxili işidir – bu, Rusiyanın öz vətəndaşlarına münasibətinin göstəricisidir. Vətəndaşların toplaşmaq azadlığına, Rusiyada etnik azlıqların öz dillərini və mədəniyyətlərini qoruyub inkişaf etdirmək hüquqlarına münasibətdir. Mən düşünmürəm ki, bu, Rusiyanın rəsmi mövqeyidir”.

B.Muradova qeyd edib ki, ölkədə rus dili və mədəniyyəti, rus dilində tədris verən məktəblər Rusiyanın xoşuna gəlmək üçün inkişaf etdirilmir.

O həmçinin bildirib ki, başqa ölkələrdə yaşayan həmvətənlərimizə qarşı bu cür adekvat münasibəti tələb etmək hüququmuz var.

 

Azərbaycandakı Rusiya QHT-lərin fəaliyyətinin qanunvericiliyə uyğunluğunu yoxlamaq təklifi…

Azərbaycanda Rusiya Qeyri-Hökumət Təşkilatlarının (QHT) fəaliyyətinin ölkə qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanılması təklif edilir. Belə bir təkliflə millət vəkili Siyavuş Novruzov çıxış edib.

“Azərbaycanın həmişə digər ölkələrlə, o cümlədən Rusiya ilə yaxşı münasibətləri olub. Buna baxmayaraq, təəssüf ki, Rusiyada bəzi adamlar öz maraqlarını dövlətin maraqlarından üstün tuturlar və iki ölkə arasında münasibətləri pozmağa çalışırlar. Bunun qarşısı alınmalıdır”.

 

“ÜAK-ın ləğvi müəyyən qüvvələrin təsiri altında olub”

Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi müəyyən qüvvələrin təsiri altında olub. Bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərinə daim müdaxilə edən, bu münasibətləri kəskinləşdirmək üçün bütün vasitələrdən istifadə edərək dövlətlərarası münasibətlərə xələl gətirən qüvvələrin fəaliyyətinin nəticəsidir.

İki ölkə arasındakı münasibətlərin həmişə yüksək səviyyədə olacağını bildirən F.İbrahimli qeyd edib ki, Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirib: “ÜAK Rusiya-Azərbaycan münasibətlərini tənzimləyən bir konqres deyil. Bu qurum Rusiyadakı azərbaycanlıları birləşdirdi. Azərbaycan-Rusiya münasibətləri yalnız konqres müstəvisində qurulmayıb ki, qurumun ləğvinin nəticəsində münasibətlər korlansın, zəifləsin”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ