"Azərbaycan tərəfi Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini müsbət qiymətləndirir".
Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib.