Ermənistan Xarici İşlər Nazirliyinin tvitter səhifəsində Roma Papasının İrəvana gözlənilən səfərilə bağlı bir məlumat diqqətinmizi çəkdi. Təəccüblü olan məlumatdakı saxtakarlıqlar deyil, odur ki, məlumat Roma Papasının özünü təhqir edir.
Məsələn, XİN-in tvitter səhifəsində yazılıb ki, Papanın I xristian millətinin görüşünə gəlməsini işıqlandırmaq üçün 600-dən çox jurnalist akkreditasiya üçün müraciət edib. Məlumatda Papanın Ermənistanın harasında kimlərləsə görüşəcəyi barədə olan təsvir hissəsini bir kənara qoyuruq. Məlumatdakı "I xristian milləti” ifadəsi, hər şeydən əvvəl, Papanın özünə təhqirdir. Çünki belə çıxır ki, əslində xristianlığı nə vaxt qəbul etdikləri bilinməyən ermənilər özlərini dünyada xristianlığı düz 2000 il bundan əvvəl qəbul etmiş albanlardan, 1700 il əvvəl xristianlığı ilk dəfə dövlət dini kimi qəbul etmiş Bizansyunanlarından, hətta Papanın özünün rəhbərlik etdiyi Vatikan kilsəsindən də qədim sayırlar. Bu, Papa üçün təhqir deyilmi?
Maraqlıdır, Papa bu təhqirə susacaqsa, bu nəyin xətrinə baş verəcək? Və o halda onun Vatikanda deyil, elə buradakı Eçmiədzində oturub "Papalıq etməsi” daha doğru olmazmı?..
Baki-xeber.com