Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Rusiya Federasiyasına işgüzar səfər edib.
Baki-xeber.com-un Prezidentin rəsmi internet səhifəsinə istinadən xəbərinə görə, Sankt-Peterburqun "Pulkovo-1” hava limanında dövlət başçısını şəhərin qubernatoru Georgi Poltavçenko və digər rəsmi şəxslər qarşılayıb.
Xatırladaq ki, bu gün Rusiya prezidentinin təşəbbüsü ilə Qarabağ münaqişəsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşü planlaşdırılıb.