Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə bu gün Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək.
Baki-xeber.com-un xəbərinə görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bundan öncə Putinin əvvəlcə İlham Əliyev və Serj Sarqsyanla ayrı-ayrılıqda görüşəcəyini, ardınca isə üç prezidentin birlikdə danışıqlar aparacağını bildirmişdi. ATƏT-dən isə bildirilmişdi ki, təşəbbüs Rusiya tərəfindən gəldiyindən, digər həmsədrlər görüşdə iştirak etməyəcək. Lakin sonradan həmsədrlər açıqlama verərək görüşə qatılacaqlarını bildirdilər.
Qeyd edək ki, "Aprel müharibəsi"ndən sonra bu, prezidentlərin ikinci görüşüdür. Birinci görüş isə mayın 26-da Vyanada keçirilmişdi.