Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todu qəbul edib.
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Bakıda "Formula-1” yarışının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, tədbirin önəmini yüksək qiymətləndirərək, bunun təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə, o cümlədən regionda mühüm əhəmiyyət daşıdığını deyib.
"Formula-1” yarışının əhəmiyyətini qeyd edən dövlət başçısı tədbirin beynəlxalq əməkdaşlığa töhfəsini verdiyini bildirib. Prezident İlham Əliyev yarışın Azərbaycana gələn turistlərin ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğulayıb.
Görüşdə Azərbaycanla Beynəlxalq Avtomobil Federasiyası arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Baki-xeber.com