4 nəfər ermənistan vətəndaşı Polşa-Litva sərhədini qanunsuz şəkildə keçməyə cəhd edərkən saxlanıb. Baki-xeberşcom-un xəbərinə görə, bu barədə məlumat Polşanın Radio 5 radiosunun efirində səslənib.
Radionun xəbərinə görə, sərhəd patrulu Litva dövlət nömrə nişnı daşıyan "Renault Laguna” markalı maşını saxlayıb. Maşında, 2-si azyaşlı olmaqla 5 nəfər Ermənistan vətəndaşı olub. Polşa sərhədçiləri litva viza və ştamplarının saxta olduğundan şübhələnib. Yalnız sürücünün sənədləri qaydasında olduğundan, araşdırmanın ardından sərbəst buraxılıb. Qalan 4 nəfər - 41, 39, 16 və 14 yaşlı şəxslər isə 6 ay həbs əvəzi 2 illik şərti cəza alıb.