Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai "Trend”-ə bildirib ki, kubok Azərbaycana məxsus elementləri özündə təcəssüm etdirir: "Formula 1-in kuboku çox maraqlıdır. Azərbaycan "Odlar yurdu” kimi tanınır, buna görə də kubokda alov, həmçinin xalça elementləri göstərilib”.
N.Arpadarai qeyd edib ki, yarışın kuboku gümüşdən hazırlanıb: "Ümumilikdə yarışda 4 kubok təqdim ediləcək. Kubok 1, 2 və 3-cü yeri tutan idmançılara və konstruktora veriləcək, yəni hansı avtomobilin brendi qalib olursa, onun konstruktoruna da ayrıca kubok veriləcək. Bütün kubokların təsviri eynidir. Onların fərqləri yalnız ölçülərindədir. Əsas kubok daha böyükdür”.
O əlavə edib ki, 1-ci yer və konstruktor üçün nəzərdə tutulan kubokun hündürlüyü 550 mm, 2-ci yer üçün 450 mm, 3-cü yer üçün isə 400 mm-dir.
N.Arpadarinin sözlərinə görə, kuboklar sabah yarışdan sonra təqdim ediləcək.