Rusiya Federasuyasının müdafiə naziri, general Sergey Şoyqu prezident Putinin göstərişilə Suriya Ərəb Respublikasına səfəri çərçivəsində bu ölkənin prezidenti Bəşər Əsədlə görüşüb.
Baki-xeber.com-un pegnum.ru-ya istinadən xəbərinə görə, bu barədə RF müdafiə nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, görüş zamanı iki ölkə arasında hərbi sferada əməkdaşlıq və Suriya ərazisində terrorizmlə mübarizə əsas müzakirə mövzuları olub.
Səfər çərçivəsində Şoyqu, həmçinin, Putinin göstərişinə əsasən "Hmeymim” aviabazasını təftiş edib.