Liviyanın "milli barışıq” hökuməti Siirt limanını İŞİD-dən təmizlədiyini bəyan edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Reuters” yerli mənbələrinə istinadən xəbər yayıb. Xəbərdə bildirilir ki, qoşun bölmələri Siirt şəhərindən 5 kilometr şərq istiqamətində yerləşən limanı mühasirəyə alaraq sahil boyu bütün giriş-çıxışları nəzarətə götürüb.
Agentliyin xəbərinə görə, baş verən toqquşmalar nəticəsində 11 nəfər hərbçi həyatını itirib, 35 nəfər yaralanıb.