Azərbaycan Prezidenti İlham Əliyev "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Vidadi Aydın oğlu Muradov "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin yeni sədri təyin edilib.