Beynəlxalq koalisiyaların aviazərbələri nəticəsində İraq-Suriya sərhədində, Əl-Bağdadi də daxil olmaqla, "İslam dövləti” terrorçu təşkilatının bir neçə komandiri yaralanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Reuters” ərəb mətbuatına istinadən xəbər yayıb.
Eyni zamanda "Reuters” bildirir ki, koalisiya hələlik bu məlumatı təsdiqləyə bilmir. Polkovnik Chris Garver bildirib ki, xəbərdən məlumatlıdırlar, lakin hələlik bu məsələni şərh edə bilməz.
"Reuters” onu da xəbər verir ki, hava zərbələri və onun nəticələri barədə İraqın Alsumaria telekanalı xəbər yayıb. Telekanalın xəbərinə görə, zərbələrdən biri İŞİD-in Neynəvadakı mənzil-qərargahlarından birinə endirilib.