Qazaxıstanın Aktobe şəhərində qanlı olayın təşkilatçılığında şübhəli bilinənlərdən biri sosial şəbəkələrdə İŞİD-i dəstəkləyən video yayıb.
Baki-xeber.com-un Reuters-ə istinadən xəbərinə görə, Rüstəm Omarov adlı şəxsin sosial şəbəkədəki səhifəsində yayılan videoda Qazaxıstanda bu günlərdə baş verən zorakılıq hadisəsi "İslam dövləti” terror təşkilatının ideologiyasına bağlanır . Agentlik bildirir ki, ölkə başçısı səviyyəsində qanlı olayın xaricdən idarə olunduğu bildirilsə də, bunu birmənalı iddia etmək üçün konkret əsaslar yoxdur, lakin üslub və ideologiya çox oxşardır.
Xəbərdə o da bildirilir ki, Rüstəm Omarov yaydığı videoroliki İŞİD-in sosial şəbəkə akkauntundan paylaşıb.
Qeyd edək ki, Rüstam Omarov Qazaxıstan hökumətinin Aktobe olayında təqsirli bildiyi 20-ci şəxsdir. Belə ki, olayla bağlı keçirilən antiterror əməliyyatı zamanı 19 nəfər öldürülüb.