Daşkənddə sonradan yanğına keçən seriyalı partlayışlar baş verib. Bu barədə baki-xeber.com "regnum.ru” saytına istinadən xəbər verir.
Xəbərdə deyilir ki, partlayış Daşkəndin tekstil fabriklərin yerləşdiyi rayonunda meydana gəlib. Şahidlərin sözlərinə görə, partlayış dalğasından 5 kilometrlik radiusda evlərin pəncərə şüşələri dağılıb.
İlkin ehtimal kimi partlayışın tekstil fabriklərdən birində meydana gəlməsi irəli sürülür.