Bağdadın ticarət rayonunda baş verən ikiqat terakt nəticəsində 22 nəfər ölüb, 70 nəfər isə yaralanıb.
Baki-xeber.com bu barədə "Reuters”ə istinadən xəbər verir.
Xəbərə görə, ilk partlayış Bağdadın şərqində ticarət məhəlləsində yolun kənarına park edilən avtomobildə meydana gəlib. Nəticədə 15 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Təxminən bununla eyni zamanda hüquq-mühafizə orqanları sükanı arxasında intiharçının olduğu avtomobilin Bağdad yaxınlığında hərbi blokpostun önündə havaya uçduğunu xəbər verib. Burada isə partlayışın qurbanları 7 əsgər olub. 20 nəfər isə yaralanıb.