Bu gün İranın qərbində terror aktının qarşısı alınıb. Baki-xeber.com-un yerli mətbuatdan əldə etdiyi xəbərə görə, bu barədə İram İslam Respublikasının kəşfiyyat naziri Mahmud Ələvi bəyan edib.
Nazir açıqlamasında qeyd edib ki, kəşfiyyat özünü partlatmaq istəyən şəxsi anında zərərsizləşdirə bilib.
Nazirin sözlərinə görə, terror cəhdinin arxasında bəlli region ölkələri durur. Lakin o, hansı region ölkəsini nəzərdə tutduğuna aydınlıq gətirməyib.