Azərbaycanda büdcə vəsaitlərindən və digər dövlət vəsaitlərindən təyinatdan kənar istifadə etməyə görə yeni cəzalar tətbiq edilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni 308-1 maddəsinin əlavə edilməsi təklif olunur.
Maddəyə görə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə halına görə 8 000 manatdan 10 000 manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrum ediləcək .
Eyni hərəkətlər külli miqdarda vəsaitlə olduqda 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq. Külli miqdarda dedikdə 250 min manat və daha çox məbləğ nəzərdə tutulur.