ABŞ dövlət katibi Con Kerri 15 martda etdiyi çıxışında Moskvaya səfər planının olduğu, bu səfərin Vladimir Putinlə və XİN başçısı Sergey Lavrovla görüş məqsədi daşıdığı barədə açıqlama verib.
Baki-xeber.com lenta.ru-ya istinadən bildirir ki, Lavrov görüşdə əsas müzakirə mövzusunu Suriya və Ukraynada münaqişələrin yoluna qoyulması və ikitərəfli münasibətlərin təşkil edəcəyini deyib.
Dövlət Departamentindən səfərin Rus hərbiyyəsinin Suriyadan çıxışı ilə bağlı olmadığı bildirilib.