çərşənbə axşamı günü, 03 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ən mürəkkəb dönəmdə İlham Əliyev-Ərdoğan görüşü baş tutdu
Tarix: 16.03.2016 / 01:10
Bölmə: Gündəm
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirildi
İlham Əliyev: "Türkiyəyə qarşı terror aktlarının heç bir nəticəsi olmayacaq"
Ərdoğan: "Azərbaycan Türkiyəyə qardaş münasibətini bir daha göstərdi"
Ankarada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. İclas başa çatdıqdan sonra prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu"nu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol"u Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyət üzrə rəisi, korpus generalı İlhan Talu imzalayıb.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıb.
"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıb.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"i Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıb.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında Protokol"u Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyə Respublikası Baş nazirinin müavini Yalçın Akdoğan imzalayıb.
Daha sonra hər iki prezident mətbuata bəyanatlarla çıxış edib. Ərdoğan bildirib ki, Azərbaycan Türkiyəyə qardaş münasibətini bir daha göstərdi: "Azərbaycan Prezidentinə minnətdaram".
Dövlət başçısı qeyd edib ki, Türkiyə əvvəlki kimi Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi məsələsində dəstəkləyəcək.
O, həmçinin vurğulayıb ki, Azərbaycan Prezidenti ilə görüşdə energetika və müdafiə sahələrində bir sıra məsələlər müzakirə olunub: "Bundan başqa, Azərbaycan Prezidenti ilə regional məsələlər müzakirə edilib".
Prezident əlavə edib ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası çərçivəsində 6 sənəd imzalanıb: "Türkiyə Azərbaycanın müstəqillik qazandığı gündən bəri 25 il ərzində əldə etdiyi uğurlarla fəxr edir".
Ərdoğan deyib ki, TANAP-ın (Transanadolu qaz kəməri) tikintisi Türkiyə və Azərbaycanın reallaşdırdığı vacib layihələrdən biridir. Onun sözlərinə görə, hazırda Türkiyədə TANAP-ın tikintisi davam edir.
Prezident bildirib ki, Türkiyə və Azərbaycan, eyni zamanda, Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun tikintisi üzrə vacib layihəni həyata keçirir: "BTQ Türkiyə üçün yüklərin daşınması sahəsində prioritet layihədir və dəmir yolunun tikintisi cari ilin dekabrında başa çatacaq".
Dövlət başçısı əlavə edib ki, dünya neft qiymətlərinin ucuzlaşması Türkiyə və Azərbaycan arasında əmtəə dövriyyəsinə cüzi təsir edib: "Buna baxmayaraq, iki ölkə yaxın 5 il ərzində əmtəə dövriyyəsinin 20 milyard dollaradək artırılmasına hədəflənib".
Onun sözlərinə görə, Türkiyə Naxçıvandan malların idxalında da maraqlıdır.
R.T.Ərdoğan Türkiyə vətəndaşlarına Naxçıvana səfər etməyi tövsiyə edib: "Naxçıvan böyük turizm potensialına malikdir".
Ərdoğan bu il aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar arası Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək. O bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasından sonra mətbuata bəyanatlarla çıxışında deyib.
Onun sözlərinə görə, bundan başqa, bəzi beynəlxalq tədbirlər gözlənir və həmin tədbirlər zamanı yüksək səviyyədə görüş keçiriləcək.
Türkiyəyə qarşı terror aktlarının heç bir nəticəsi olmayacaq. "Trend"in məlumatına görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasından sonra mətbuata bəyanatlarla çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib: "İlk növbədə, iki gün bundan öncə Ankarada törədilmiş amansız terror aktı ilə bağlı Azərbaycan dövləti və xalqı adından qardaş Türkiyə xalqına başsağlığı vermək istəyirəm. Allah ölənlərə rəhmət etsin, yaralılara şəfa versin! Qurbanların yaxınlarına Allah səbr versin! Biz bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün Türkiyə xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Və biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda bilməz, Türkiyə xalqının iradəsinə təsir edə bilməz, Türkiyəni haqq yolundan döndərə bilməz".
İlham Əliyev 25 ildir Türkiyə və Azərbaycanın birlik, həmrəylik nümayiş etdirdiyini bildirib: "Azərbaycan 25 il bundan əvvəl öz dövlət müstəqilliyini bərpa edəndə bizim müstəqilliyimizi ilk tanıyan dövlət Türkiyə olub. Biz bunu heç vaxt unutmayacağıq. Bu, əslində başqa ölkələrə də bir tövsiyə idi və ondan sonra Azərbaycanın müstəqil dövlət kimi tanınması prosesi sürətlə başladı. Bu illər ərzində biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığıdır. Bu əsas məsələdir və bu təməl üzərində biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını inşa edirik. Bütün sahələrdə biz uğurlu əməkdaşlıq edirik. Bu gün burada imzalanan sənədlər, apardığımız danışıqlar bir daha bizim birliyimizi nümayiş etdirir.
Biz beynəlxalq müstəvidə bir-birimizi daim dəstəkləyirik. Biz çox şadıq ki, Türkiyə dünya çapında güc mərkəzinə çevrilib".
Dövlət başçısı vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə son illər ərzində böyük zirvələrə qalxa bilib: "Türkiyənin dünyadakı rolu artır, mövqeləri möhkəmlənir, Türkiyəyə dünya birliyi tərəfindən göstərilən inam və rəğbət bizi sevindirir. Təsadüfi deyil ki, ötən ilin noyabr ayında Türkiyə "Böyük 20-liy"ə ev sahibliyi etmişdi. Bizi fərəhləndirən məsələ ondan ibarətdir ki, Türkiyə bu mötəbər tədbirə Azərbaycanı dəvət etmişdi. Türkiyə bir ölkəni dəvət edə bilərdi, o ölkə də Azərbaycan oldu. Bir daha bu qardaşlığa görə şəxsən Sizə, bütün Türkiyə xalqına öz minnətdarlığımı bildirirəm. Türkiyə nə qədər güclü olarsa, biz o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq. Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həll olunmasının tərəfdarı olub və bu dəstək bu gün də göstərilir".
Prezident bildirib ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, bərpa edilməlidir, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr icra edilməlidir: "Bu məsələ ilə bağlı ikili standartlarla üzləşmişik və Türkiyə kimi böyük dövlətin bizə göstərdiyi dəstək bizim üçün çox önəmlidir. Bizi hərbi əməkdaşlıq birləşdirir. Bu yaxınlarda hərbçilərimiz birgə təlimlər keçiriblər. Bu da gözəl ənənəyə çevrilib. Hərbi-texniki sahədə əməkdaşlıq genişlənir. Artıq Türkiyədən müxtəlif hərbi texnika və silahlar alırıq. Türkiyənin bu sahədəki uğurları, əlbəttə ki, Azərbaycanın da müdafiə potensialını gücləndirir".
İlham Əliyev qeyd edib ki, enerji layihələri bizi birləşdirir: "2012-ci ildə Türkiyə və Azərbaycan TANAP layihəsinə start verdi. Əgər biz o vaxt bu layihəyə start verməsəydik, bu gün "Cənub Qaz Layihəsi" də reallaşa bilməzdi. Bu gün bu dəhlizin icrasında Türkiyə və Azərbaycan aparıcı rol oynayır.
Biz çalışacağıq ki, böyük transmilli, böyük maliyyə vəsaiti tələb edən layihəni vaxtında icra edək və əminəm ki, iki ildən sonra biz TANAP layihəsinin açılışını qeyd edəcəyik. Təməl daşını da birlikdə Qars şəhərində qoymuşuq.
Nəqliyyat sahəsində bizim birgə icra etdiyimiz layihə qitələri birləşdirir. Bu gün bu məsələ geniş şəkildə müzakirə olundu və nəqliyyat sahəsində yeni imkanlar artıq mövcuddur. Bu imkanlar araşdırılır. Biz çox istərdik ki, Azərbaycan üzərindən Türkiyədən gələn yüklərin sayı artsın və müxtəlif istiqamətlərə yönəlsin və buna nail olmaq üçün artıq praktik addımlar atılmaqdadır".
Dövlət başçısı deyib ki, mədəniyyətlərarası dialoqun dərinləşməsi işində Türkiyənin xüsusi rolu var: "Hörmətli Prezidentin qeyd etdiyi kimi, gələn ay Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının Qlobal Forumu keçiriləcək ki, bu forumun təşəbbüskarı da hörmətli Prezident Rəcəb Tayyib Ərdoğandır. Türkiyə və Azərbaycanın dünya mədəniyyətinə verdikləri töhfə dünyada yüksək qiymətləndirilir.
Bir daha qeyd etmək istəyirəm ki, mən hesab edirəm və əminəm ki, Türkiyədə və Azərbaycanda hər kəs bu fikirlə razı olar - bu gün dünya çapında Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur. Bu birlik bizim milli sərvətimizdir. Bu birliyi biz qoruyur və qoruyacağıq. Və əminəm ki, gələcək illərdə biz bundan da böyük qələbələr əldə edəcəyik. Mən bir daha mənə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə öz minnətdarlığımı bildirmək istəyirəm, qardaş Türkiyə xalqına səadət, sülh, əminamanlıq, yeni qələbələr arzu edirəm".
İlham Əliyev daha sonra bildirib ki, İslamı terrrorla eyniləşdirmək cəhdləri sivilizasiyalararası problemlərə gətirib çıxara bilər və artıq çıxarır.
Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycanın dünya mədəniyyətinə verdiqi töhfə dünyada yüksək qiymətləndirilir: "Biz bərabər, birgə səylərlə islamofobiyaya qarşı mübarizə aparırıq. Bu gün islamofobiya bəzi ölkələrdə dövlət siyasətinə çevrilib. Əfsuslar olsun ki, bir çox media qurumları İslama qarşı, İslam mədəniyyətinə qarşı, bizim adət-ənənələrimizə qarşı məqsədyönlü şəkildə kampaniya aparırlar. İslamı ləkələmək, qaralamaq, İslamı terrrorla eyniləşdirmək cəhdləri gözümüzün önündədir. Bu dözülməzdir. Bu, dünyada sivilizasiyalararası problemlərə gətirib çıxara bilər və artıq çıxarır. Qaçqınlar böhranını biz bu gün görürük. Və yenə də burada əsas yük Türkiyənin üzərinə düşür. Türkiyə, təmənnasız olaraq, artıq aylarla milyonlarla qaçqını öz ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Biz də humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi bilirik ki, bu nə qədər ağır məsələdir".
İlham Əliyev xatırladıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində erməni işğalı nəticəsində yaranmış humanitar fəlakətlə üz-üzə qalmışdı: "Və bu gün bu qaçqınlar nicat tapmaq üçün, öz canlarını qurtarmaq üçün Avropaya üz tutduqda, görün, onları orada nələr gözləyir. Onların ləyaqəti alçaldılır, onlar təhqir edilir, qəfəslərə salınır, onlar haqqında olmazın yalanlar yayılır. Haradadır bəs bu ümumbəşəri dəyərlər, demokratiya, insan haqları, mərhəmət? Biz bunu görmürük. Ona görə, Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz bu insanların acı taleyinə biganə qala bilmərik. Bir daha mən Azərbaycan xalqı adından Türkiyə rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm ki, ağır yükü öz üzərinə götürüb. Bir daha bütün dünyaya nümayiş etdirib ki, qaçqın böhranından necə şərəflə çıxmaq olar. Bir sözlə, bizim aramızda olan əlaqələr demək olar ki, bütün sahələri əhatə edir".
İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq məsələlərdə bir yerdədir, bir-birinin yanındadır.
Dövlət başçısı qeyd edib: "Türkiyə nə qədər güclü olarsa, biz o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq. Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həll olunmasının tərəfdarı olub və bu dəstək bu gün də göstərilir".
Prezident bildirib ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, bərpa edilməlidir, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr icra edilməlidir: "Bu məsələ ilə bağlı ikili standartlarla üzləşmişik və Türkiyə kimi böyük dövlətin bizə göstərdiyi dəstək bizim üçün çox önəmlidir. Bizi hərbi əməkdaşlıq birləşdirir. Bu yaxınlarda hərbçilərimiz birgə təlimlər keçiriblər. Bu da gözəl ənənəyə çevrilib. Hərbi-texniki sahədə əməkdaşlıq genişlənir. Artıq Türkiyədən müxtəlif hərbi texnika və silahlar alırıq. Türkiyənin bu sahədəki uğurları, əlbəttə ki, Azərbaycanın da müdafiə potensialını gücləndirir".
Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının martın 15-də Bakıda keçirilməsi nəzərdə tutulsa da, Ankarada törədilmiş terror aktına görə Ərdoğanın səfəri təxirə salınıb. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə ilə həmrəylik nümayiş etdirərək, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının Bakıda deyil, Ankarada keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Xəbər xidməti
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi
03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...
03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa
- Mübariz Ağalarlı yazır
03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...
03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...
03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...
03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir -
xarici müdaxilə riski var...
03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...
03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi
03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...
03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı"
- Liam Kollinz
03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...
03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir
- 2022-də bitə bilərdi, ancaq,...
03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək
– rəsmən təsdiqləndi...
03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...
03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir"
- Con Spenser
03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirilir
03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik"
- Yılmaz Özdil
03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı
- Venesuelada bundan dəfələrlə çox qazandıq...
03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı
- VİDEO
03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi
03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi
03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz”
- Şoyqudan Avropaya təhdid kimi mesaj...
03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...
03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda...
- FOTO
03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi
- FOTO
03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...
03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...
03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...
03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi
03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...
03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...
03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım...
Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...
03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı
02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər
- körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…
02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz
- Aydın QULİYEV yazır...
02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır
- Pentaqon rəhbəri qurban verilə bilər…
02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...
02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” -
müvafiq əməliyyat 2013-cü ildə başlayıb
02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...
02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....
02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi
- seçkiqabağı gözlənilməz qərar verdi...
02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq
02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq?
- İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...
02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır...
Rəsmi Bakının adı çəkilir...
02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub”
- Ermənistandan yeni iddia...
02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...
02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...
02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...
02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır
02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi -
ölkə dərin siyasi böhranda...
02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar...
Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...
02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
- FOTO
02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?
02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı
02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?
02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir
- Susmaq olmaz...
02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı
02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..
02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...
02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...
02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı
- mərkəz direktoru və meşəbəyi həbs edildi
02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...
02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....
02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...
02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq
– “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”
02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası
- Rizvan Qarabağlı yazır...
02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi
- 23 kq-a yaxın narkotik ələ keçirildi...
02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI:
SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR
02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb”
- Paşinyan
02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı
02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır"
- Media və Yayım Şurasından xəbərdarlıq...
02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq
02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...
02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi
02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ