Ankarada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının martın 15-də bakıda keçirilməsi nəzərdə tutulsa da, Ankarada törədilmiş terror aktına görə Ərdoğanın səfəri təxirə salınıb. Bundan sonra Azərbaycan prezidenti İlham Əliyev iclasın Ankarada keçirilməsi təşəbbüsü ilə çıxış edib.