Martın 15-də Ankarada Türkiyə Respublikası Prezidentinin Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib. Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılaıb. Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev əsgərləri salamlayıb. Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdiriblər.