Pentaqon İŞİD liderlərindən olan Əbu Umar əl-Şişaninin öldüyünü təsdiqləyib.
BBC-nin xəbərinə görə, terrorçuların lideri Suriyanın şimal-şərqinə aviazərbələrin endirilməsi zamanı məhv edilib. Amerikanın müdafiə nazirliyinin rəsmisi əsl adi Tarxan Batiraşvili olan əl-Şişaninin öldüyünü təsdiqləyib.
Xatırladaq ki, daha öncə onun komaya düşdüyü xəbər verilmişdi.