çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Baba Tağıyev Azərbaycanın düşmənlərinə qarşı...

Image


"Azərbaycan xalqının və dövlətinin düşmənləri ilə birgə tədbir keçirib öz dövlətinin əleyhinə fikirlər səsləndirmək dövlətə xəyanətdən başqa bir şey deyil”.

Bu barədə keçmiş millət vəkili, "İrəli" İctimai Birliyinin sədri  Baba Tağıyev bir neçə gün əvvəl Ermənistanda azərbaycan əleyhinə keçirilən tədbirdə Rusiyada yaşayan və guya Azərbaycandakı talışların hüquqlarını müdafiə edən İsmayıl Şabanov və Fəxrəddin Abaszadənin də skaypla qatılmasını şərh edərkən bildirib. O deyib ki, Əlikram Hümmətov, Zabil Məhərrəmov, Fəxrəddin Aboszadə, İsmayıl Şabanov kimi şəxslər ermənilərlə əlbir olaraq Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə zərbə vurmağa cəhd edirlər.

Baba Tağəyevin fikrincə, bunun bir sıra obyektiv və subyektiv səbəbləri var: "Azərbaycanın yerləşdiyi coğrafi məkan, iqlimi və zəngin təbii sərvətləri hər zaman digər dövlətlərin diqqət mərkəzində olub. Gündən-günə inkişaf etməsi, Dünya dövlətləri arasında nüfuzunun artması, söz sahibi olması, beynəlxalq səviyyəli tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanı istəməyən dövlətlərin, qurumların əsəblərini tarıma çəkir və onlar hər fürsətdə ölkəmizə zərər vurmağa, onu gözdən salmağa çalışırlar”.

O deyi ki, hazırda az qala bütün dünyanı – Avropanı, Qərbi və Şəqri cənginə alan dini ayrıseçkilik, milli münaqişlər fonunda zəngin etnik tərkibə və dini müxtəlifliyə malik ölkəmizdəki sabitlik düşmənlərimizi daha da narahat edir və hər vəchlə bu sabitliyi pozmağa çalışırlar.

"Təəssüflər olsun ki, bəzən onlara bu məkrli niyyətlərini həyata keçirməyə yardım edən sapı özümüzdən olan baltalarda da tapılır”, - B.Tağıyev əlavə edib.

Keşmiş millət vəkili qeyd edib ki, Əlikram Hümmətov, Zabil Məhərrəmov, Fəxrəddin Aboszadə, İsmayıl Şabanov kimi bütün müqəddəs dəyərlərini sadəcə pula satmış, öz millətinə, xalqına və vətəninə xəyanət etmiş insanlar daim düşmən dəyirmanına su töküb, Azərbaycanı parçalamağa və xidmət etdikləri dövlətlərin əsarətinə sürükləməyə çalışıblar.

Heç kəsə sirr deyil ki, havadarlarının dəstəyi ilə 20 faiz torpaqlarımızı işğal edən Ermənistan Azərbacandakı iqtisadi inkişafdan qıcıqlanaraq adıçəkilən satılmış şəxslərə boş vədlər verməklə ölkəmizdəki sabitliyi pozmağa, millətlər arasında nifaq salmağa cəhd edirlər. Ermənistanın işğalçılıq siyasətinə dəstək verən Əlikram Hümbətov dəfələrlə zəbt olunmuş torpaqlarımızda fəaliyyət göstərən separatçıların dəvəti ilə Dağlıq Qarabağa gedərək Azərbaycanda etniklərin hüquqlarının pozulması haqqında yalançı bəyanatlar səsləndirir, özünü talış xalqının lideri adlandıraraq Azərbaycan ərazisində talış dövləti yaratmaq mübarizəsi haqqında sərsəm fikirlər səsləndirir.

Birincisi, Əlikram Hümbətov Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağdakı separatçıların yanlından belə bəyanatlar verməklə özünün əsl mahiyyətini ortaya qoyur, özünün də bir separatçı və terrorçu olduğunu göstərir. İkincisi, isə hər bir dövlətin yaranmasının səbəbləri kimi, beynəlxalq hüquq və normaları da var.

Məsələn, dövlətlərin yaranması, əsas etibarilə iki prosesdə baş verir: dekolonizasiya və parçalanma yolu ilə. Bu halların talış etnik qrupuna heç bir aidiyyatının olmadığını Əlikram Hümbətov da çox yaxşı dərk edir. Çünki talışlar Azərbaycanda heç vaxt koloniyada olmayıblar.

Bütün dünyaya bəllidir ki, Azərbaycanda nəinki talışların, bütün milli azlıqların hüquqları hərtərəfli qorunur. Hətta Azərbaycan bu sahədə bütün dünyaya nümunə olacaq bir ölkədir. Bu Sovetlər dönəmində də belə olub, müstəqilliyimizin ilk illərində də, elə indi də. Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir.

Azərbaycanın mövcud qanunvericiliyi və qoşulduğu beynəlxalq konvensiyalar mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycanda etnik qrupların hüquqları dövlət tərəfindən hərtərəfli qorunur.

Postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında Prezident Fərmanı imzalanıb. Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan azlıqların dil, mədəniyyət, din azadlığı, təhsil və digər hüquqları təsbit olunub. Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda milli azlıqların mədəni irsinin inkişafı Azərbaycan Hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulur.

Bundan başqa hər hansı bir dövlətin yaranması üçün digər şərtlərdən biri də, effektiv, işlək hökümətin olması və tanınmasıdır ki, bu da BMT-nin Baş Assambleyasının bir sıra qərarlarında öz əksini tapıb.

Effektiv hökmət o deməkdir ki, özünü qorumağa qadir, özünü sosial-iqtisadi cəhətdən təmin etmə imkanlarıına sahib və adminstrativ strukturları vardır.

O ki qaldı bu gün bir çox subulandıranların, o cümlədən hümbətovlar və onların havadarlarının dillərində əzbər olan millətlərin müqəddəratını təyin etmə hüququna, BMT Baş Assambleyasının 1514 və 1541-ci qərardarlarında çox acıq şəkildə qeyd edilir ki, bu, koloniya əsarətində, rasist siyasi idarəetmə və hakimiyyət altında olan xalqlara və işğal altında olan xalqlara aiddir, milli azlıqlara yox. Sual olunur: talışlar milli azlıq olaraq işğal altında oldularmı və ya onlara qarşı siyası və sosial ayrıseçkilik olduğu üçünmü Əlikram Hümbətov ermənilərlə birləşib bu gün Azərbaycanda torpaq iddiası irəli sürür? Talışlar koloniya tarixinə sahibirlərmi Azərbaycanda? Təbii ki, xeyr.

Bir daha Azərbaycandakı vəziyyətə nəzər salıb təhlil etsək görərik ki, ölkəmizdəki milli azlıqlar həm parlamentdə, həm də icra hakimiyyəti orqanlarında geniş təmsil olunurlar. Azərbaycan dövlətinin milli siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə yaşayan bütün milli azlıqların dil və mədəniyyətinə müvafiq dəstəyin göstərilməsidir. Azərbaycanın milli azlıqların məskunlaşdığı bir sıra rayonlarında ali təhsil müəssisələri və kolleclərin filialları açılıb, ölkənin radio və televiziya kanallarında milli azlıqların dillərində verilişlər yayımlanır. Həmin ərazilərdə yerli telekanallar fəaliyyət göstərir. Milli azlıqların dilində qəzet və jurnallar nəşr olunur. Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradılıb. Bakıda katolik kilsələri, sinaqoqlar məscidlərlə yanaşı fəaliyyət göstərir. Bu mənada Azərbaycan bütün dünyada multikulturalizm məkanı kimi tanınır.

Milli azlıqlar öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hal-hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Dövlət bu qurumları imkanı dairəsində ölkə büdcəsindən və Prezident fondunun hesabına maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir.

Təbii ki, belə bir ideal vəziyyətdə kiminsə Azərbaycan düşmən olan şəxslərin diqtəsi ilə, onların yanından sərsəm bəyanatlar səsləndirməsinə separatizmdən başqa ad vermək olmur.

Amma Azərbaycan oturuşmuş, güclü iqtisadiyyata və orduya malik, öz dəsti-xətti ilə fərqlənən müstəqil bir dövlətdir. Hər zaman düşmənin belə təxribatlarının qarşısınə qətiyyətlə alıb və bundan sonra da alacaqdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - FOTO

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ