Amerika diplomatiyasının başçısı, ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Rusiya hazırda sanksiyalarla Ukrayna üzrə Minsk razılaşması arasında seçim etməlidir. Baki-xeber.com xəbər verir ki, bu barədə "Vestnik Kavkaza” saytı yazıb.
"Rusiya ya iqtisadiyyatını çökdürən sanksiyalara yaşıl işıq yandırmaq, ya da Minsk razılaşması üzrə üzərinə düşən vəzifələri yerinə yetirmək seçimi qarşısındadır " – deyə Kerri AB və ABŞ nazirlərinin Paris görüşündə bildirib.