Şimali Koreyanın hərbçiləri bu həftənin əvvəlində sualti qayıqlarından biri ilə əlaqəni itirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə CNN-ə olaydan xəbərdar üç amerikalı məmur açıqlama verib. ABŞ hərbçiləri Şimali Koreya istiqamətindən okeana açılan sualtı qayığın hərəkətini müşahidə ediblər. Sonradan qayıq hərəkətini dayandırıb və Amerikanın təyyarə və gəmiləri Şimali Koreya hərbi donanmasının submarini necə axtarldığını bir neçə gün ərzində izləyiblər.
Hazırda ABŞ-da submarinin batdığı, yaxud hələ dənizdə hərəkətdə olduğu barədə dəqiq informasiya yoxdur. Ehtimal edilir ki, təlimlər zamanı texnikanın sıradan çıxması halı baş verib.