ABŞ polisi ötən ilin noyabrında Vaşınqtonda dünyasını dəyişmiş Rusiyanın keçmiş informasiya naziri Lesinin ölümünü araşdırarkən onun ölməzdən öncə zorakılıqla üzləşdiyi qənaətinə gəlib.
Baki-xeber.com xəbər verir ki, məhkəmə-tibb ekspertizasının rəyində onun başından küt alətlə zərbə aldığı göstərilib. Hazırda polis Mixail Lesinin öldüyü və ya öldürüldüyü şəraiti araşdırır. Reuters özünün hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən yazır ki, ölümündən öncə ona hücum edildiyi istisna olunmur. Lakin mənbə onu da bildirib ki, hələlik ortada şübhəli şəxs yoxdur.
Xatırladaq ki, Lesinin cəsədi 5 noyabr 2015-ci il tarixində Vaşinqtonun Dupont Circle otelində qaldığı nömrədə tapılıb. Ailə üzvləri jurnalistlərə onun ürək tutmasından öldüyünü deyiblər. Bu il martın 10-da isə The Washington Post məhkəmə-tibb ekspertizasının rəyinə əsasən xəbər yayıb ki, Lesin "başına küt alətlə vurulan zərbə” nəticəsində dünyasını dəyişib. Eyni zamanda onun boynunda, bədənində, əl və ayaqlarında da xəsarətlər aşkarlanıb.
Polisin araşdırması davam edir.