İstanbul məhkəməsi Türkiyənin müxalif "Zaman” qəzetinin eks baş redaktoru Əkrəm Dumanlı barəsində həbs qərarı çıxarıb. Baki-xeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun "ölkə başçısı Rəcəb Tayyib Ərdoğan barəsində böhtan və təhqir” səsləndirməsidir.
Qəzetin ingilisdilli variantı olan "Today's Zaman”ın baş redaktoru Bülent Keneş həmkarı barəsində deyilənləri "yanlışlar toplusu” adlandırıb. Onun sözlərinə görə, məhkəmə araşdırmasına səbəb olmuş material tvitterdə yazılanlar əsasında hazırlanıb. "Həmin statusu yazan Fuad Avni isə adının gizli qalmasını istəyən dövlət məmurudur” - Bülent Keneş bildirib.