"Dostum” (the dude) ləqəbli anonim sərmayəçi İstanbul Fond Birjasında görünməmiş panika yaradıb. Baki-xeber.com-un xəbərinə görə, panikaya səbəb onun adını açıqlamadan və nədəni bilinmədən iri məbləğlərdə stavkalar etməsidir.
"Bloomberg” yazır ki, "Dostum” birjada il yarım öncə peyda olub və elə ilk gündə 450 milyon dollarlıq valyuta əməliyyatı həyata keçirib. Hazırda treyder artan tezliklə transaksiyalar həyata keçirir ki, bununla da digər sərmayəçilər arasında çaxnaşma yaradır. Üstəlik, onlar "Dostum”un növbəti zərbəni nə zaman endirəcəyini proqnozlaşdıra bilmədiklərindən bazarda panika artır.
Istanbul Portfolio şirkətindən Turqay Özener artıq birneçə aydır sirli sərmayəçini gün işığına çıxarmağa çalışır. Lakin onun gündəlik ticari hesabları təftiş etməsi hələlik heç bir nəticə verməyib. "Heç kəs heç nə bilmir” – deyən Özener isə "Dostum”un dost, ya düşmən olduğunu öyrənmədən geri çəkilməyi düşünmür.