Novruz bayramı münasibətilə Bakı bulvarında atəşfəşanlıq olacaq. Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, martın 19-da Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda dövlət səviyyəsində bayram tədbirinin və ümumxalq gəzintisinin təşkil olunması münasibətilə və bu tədbirlərin yüksək səviyyədə qeyd edilməsi məqsədilə saat 22.00-da möhtəşəm atəşfəşanlıq olacaq.