Azərbaycanın Xalq artisti İlhamə Quliyeva bu gün səhər saatlarında dünyasını dəyişib. Bu barədə məlumatı Sputnik-ə onun qonşuları təsdiqləyib.
Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından bildiriblər ki, onlara bu barədə çağırış daxil olub. Yaxın dəqiqələrdə xalq artistinin ölümünün səbəbləri açıqlanacaq. Sayt əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, xalq artistinin yaxınları onun İ.Qutqaşınlı küçəsindəki evinə axışmağa başlayıb. Məlumatı AzNews.az-a Xalq artistinin qohumu Əli Mirəliyev də təsdiqləyib. O, İlhamə Quliyevanın 1 saat əvvəl dünyasını dəyişdiyini deyib.
Qeyd edək ki, İ.Quliyeva son vaxtlar bir sıra xəstəliklərdən əziyyət çəkirdi və bu xəstəliklərinin yaranmasında keçmiş köməkçisi Mehriban Hüseynovanı günahlandırırdı. Elə ən son olaraq da adı köməkçisinə qarşı qanunsuz hərəkətlərə yol verməkdə və məhkəmə qalmaqallarında hallanırdı.
Baki-xeber.com-un "Trend”dən aldığı məlumata görə, Azərbaycanın və Dağıstanın Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi sabah saat 12:00-14:00-da Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Allah rəhmət eləsin