Bu gün Quzey Kıbrıs Lefke Universitetinin rektoru, professor doktor Mehmet Ali Türkselenin rəhbərlik etdiyi nümayəndə heyati ilə Azərbaycanın aparıcı media rəhbərlərinin görüşü olub. Görüşdə iki ölkənin təhsil adamları və mediası arasında əlaqələr barədə səmimi söhbət olub. Azərbaycandan 1000-dən artıq tələbənin Lefke Universitetində təhsil almasından qürur duyduqlarını deyən qonaqlar bu sayın qarşıdakı illərdə daha da artacağından əminlik ifadə ediblər.
Qeyd edək ki, kibrıslı dostlarımız Azərbaycanın 24 il öncə üzləşdiyi Xocalı soyqırımının ildönümü tədbirlərində iştirak etmək və Azərbaycan xalqının kədərinə şərik olmaq məqsədilə bu günlərdə ölkəmizə səfər ediblər. Əslində bu ağrı-acının Kıbrıs türklərinə də yad olmadığını ifadə edən qonaqlar ötən əsrin 70-ci illərində özlərinin də qarşılaşdıqları ağrılı hadisələrdən danışıblar. Nümayəndə heyətinin üzvləri Türk dünyasının böyük oğlu Atatürkün məşhur "Azərbaycan xalqının kədəri kədərimiz, sevinci sevincimizdir” sözlərini xatırladaraq, hər zaman yanımızda olduqlarını bildiriblər.
Nümayəndə heyətinin bir sıra anım tədbirlərində iştirakı gözlənir.