Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Image


Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan müstəqilliyini əldə etdiyi andan etibarən istər region ölkələri, istərsə də digər dövlətlərlə dost münasibətlərin qurulması və əməkdaşlığın inkişaf etdirilməsini özünün bir nömrəli prioriteti elan edib.
Müstəqilliyimizdən ötən müddət ərzində sözügedən istiqamətdə əldə edilən uğurlar - Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüyü, müxtəlif təyinatlı beynəlxalq toplantılara, dünya miqyaslı idman və mədəni tədbirlərə ev sahibliyi etməsi və bu missiyaların öhdəsindən uğurla gəlməsi, bütün bunların nəticəsi olaraq dünya çapında tanınması və sayılıb-seçilən dövlətlər sırasında yer alması ölkəmizin strateji mövqeyinin və xarici siyasət kursunun doğru olduğunu bir daha təsdiqləmiş olur. Məsələ burasındadır ki, Azərbaycanın, gənc ölkə olmasına rəğmən, yürütdüyü balanslı siyasət ABŞ-ın və Avropa İttifaqının da diqqətini cəlb edir. O üzdən Qərb özü də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Azərbaycanın geostrategiyasının ana xəttini təşkil edən qonşularla sıfır problem konsepsiyası isə günümüzün ən aktual problemlərindən olduğundan, aparıcı dünya dövlətlərinin diqqət mərkəzində daha çox yer almaqdadır. Hərçənd, bu məsələdə dünya dövlətlərinin bir çox hallarda Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsinə münasibətdə ikili standartlardan çıxış etdiyinin, nələrinsə və ya kimlərinsə xətrinə həqiqətdən yan keçdiklərinin şahidi oluruq. Bununla belə, Azərbaycan, hər nə qədər ikili standartlarla üzləşsə də, beynəlxalq təşkilatlarla və onların üzvü olan dövlətlərlə qarşılıqlı - faydalı əməkdaşlıqda maraqlı olduğunu hər addımda göstərməkdədir.
Əsasını ötən əsrin 90-cı illərindən götürən inteqrasiya proseslərində aparıcı qayəsini Avropaya çıxış və dünya birliyi ölkələrilə bir sırada dayanma məqsədi təşkil etsə də, Azərbaycan öz siyasətində regional əməkdaşlığa da geniş üstünlük verir. Bu da başadüşüləndir, çünki Azərbaycan regionun ən böyük enerji ehtiyatlarına malik, eyni zamanda iri iqtisadi layihələrin gerçəkləşdirildiyi məkan olduğundan, qonşu ölkələrlə dinc yanaşı yaşama və əməkdaşlıq regionun, beləliklə də beynəlxalq əhəmiyyətli layihələrin təhlükəsizliyinin qarantı kimi çıxış edir. Müasir Azərbaycan dövlətinin qurucusu, mərhum prezident Heydər Əliyev müstəqilliyimizin ilk illərində deyirdi: "Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz hər hansı bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin eyni zamanda, respublikamızın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, nəyin bahasına olursa-olsun, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq". Faktdır ki, bu konsepsiyanın xarici siyasətinin ana xəttini təşkil etməsi nəticəsində müstəqil Azərbaycan dövləti yeni dünya düzənində öz layiqli yerini tutmağı bacardı. Baxmayaraq ki, özü işğala məruz qalmış ölkədir və torpaqlarının 20 faizi hələ də işğal altındadır. Azərbaycanın məruz qaldığı işğal faktı əslində aparıcı dünya dövlətləri tərəfindən etiraf olunur və ölkəmizin dilbər guşəsi Qarabağda qurulan rejim bu günə kimi, demək olar, heç bir dövlət tərəfindən tanınmayıb. Bununla belə, yürütdüyü sülhsevər və tarazlı siyasət Azərbaycanı məsələnin hərbi yolla çözümünü ən son variant kimi nəzərdən keçirməyə sövq edir. Burada əsas olan isə regionda təhlükəsizliyin təmin edilməsi məsuliyyətinin dərk olunması və onsuz da narahat dünyamızda daha bir müharibə ocağının yaranmasına səbəb olmamaq kimi humanist bir məqsədin güdülməsidir. Digər tərəfdən faktdır ki, ölkəmiz bu gün bəzi məsələlərdə Qərbin hətta örnək götürə biləcəyi bir məkana çevrilib. Buna misal olaraq ilk növbədə hazırda dünyanın aparıcı dövlətlərinin nail ola bilmədiyi tolerantlıq mühitini göstərmək olar. Faktdır ki, son illər barıt çəlləyinə dönmüş Yaxın Şərqdə hər şey məzhəb savaşından başladı. Təbii, böyük güclər sadə insanların həssas hisslərindən hər zaman yararlanıb və son illər ərəb dünyasında baş verənlər məhz həmin güclərin qurduğu mənfur siyasətin nəticəsidir. Lakin unudulmamalıdır ki, məsələnin kökündə yenə dinc yanaşı yaşama prinsipinin iflası, qonşuluq siyasətinin düzgün aparılmaması və ya onun çox kövrək dayaqlar üzərində qurulması, regional siyasətdə balansın gözlənilməməsi durur ki, böyük dövlətlərin apardığı böyük siyasi oyun nəticəsində bir həmlə ilə bu ölkələr qan çanağına dönmüş oldu. Lakin məsələ burasındadır ki, həmin oyunu quran iri dövlətlər də bu gün onun ağır fəsadlarını öz üzərində hiss edir. Buna ən böyük sübut Yaxın Şərqdən Avropaya üz tutan qaçqın dalğası və bu ölkələrin böyük oyunun qurbanlarına verdiyi sərt təpkidir. Faktdır ki, bu ölkələrin bir çoxu miqrantların gəlişinə qarşı çıxdı, hətta Almaniyada qaçqınların yerləşdirildiyi kvartalda onları qorxutmaq və ölkədən çıxmalarına nail olmaq məqsədilə yanğınlar da törədildi. Bir alman millət vəkili isə bu kontestdə hətta daha əcaib üsula əl atdı: miqrantları avtobusa dolduraraq kansler Merkelin kabinetinə gətirməklə seçildiyi dairənin etirazını çatdırmağa çalışdı. Halbuki, Azərbaycan həmin vəziyyətlə elə bəhs etdiyimiz müstəqilliyinin ilk illərində qarşılaşmış, heç bir dövlətdən kömək ummadan qaçqın problemini özü çözmüşdü. Təbii, bunlar tam olaraq eyni şey deyil və Azərbaycana üz tutan qaçqınlar bizim öz soydaşlarımızdır. Lakin istənilən halda bu problemin çözümü hələ oturuşmamış dövlət üçün çox böyük çətinlik olduğu halda, bu ağır vəziyyətin öhdəsindən gəldi. O üzdən əminliklə demək olar ki, bəzi məsələlərdə Qərbin də Azərbaycandan öyrənməli olduğu təcrübələr var.
Digər tərəfdən yerləşmiş olduğu regionun geosiyasi, geostrateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində mühüm əhəmiyyət kəsb etməsi ölkəmizin hər zaman aparıcı dünya dövlətlərinin baxış bucağında yer almasına səbəb olur. Azərbaycan həm qonşuluq siyasətində, həm də istər Qərb, istərsə də Şərq ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir ki, özünün milli maraqlarını öndə tutmaq bu siyasətin ana xəttini təşkil edir. Belə olmasaydı, bu gün Azərbaycan dünyada hegemonluq savaşı aparan iki gücdən birini seçərdi ki, bunun da nəticəsində bu gün qan qoxulu cəbhələşmənin bir tərəfində durmuş olardı. Bu isə hazırki vəziyyətdə qanlı hadisələrin episentrində yer almaq demək idi. Lakin Azərbaycan istər ABŞ, istərsə də Rusiya ilə münasibətdə elə bir tarazlaşdırılmış siyasi xətt götürdü ki, həm özü sabitliyini və təhlükəsizliyini qoruya bildi, həm də adıçəkilən ölkələrlə istənilən sahədə əməkdaşlığını davam etdirmiş oldu.
Eyni sözləri yaxın qonşularımız olan regional ölkələrlə aparılan qonşuluq siyasəti haqqında da demək olar. Faktdır ki, artıq neçə illərdir yaxın qonşumuz İran İslam Respublikası dünya birliyinin tətbiq etdiyi beynəlxalq iqtisadi sanksiyaların tətbiqindən əziyyət çəkir. Onsuz da qlobal iqtisadi böhranın gətirdiyi çətinliklərin təsirini üzərində hiss edən bir ölkənin üstəlik iqtisadi sanksiyalara məruz qalmasının onun durumuna və gələcək inkişafına hansı təsirləri göstərəcəyini təsəvvür etmək çətin deyil. Bir çox ölkələrin dəstək verdiyi bu sanksiyalara, faktdır ki, Azərbaycan istər qonşuluq münasibətlərini, istərsə də humanizmi əsas gətirərək qoşulmadı. Elə Prezident İlham Əliyev də fevralın 23-də bu ölkəyə səfəri zamanı bu məsələyə toxunub. İran prezidenti Həsən Ruhani ilə geniş tərkibdə görüşdə Azərbaycanın və İranın mövqelərində bir çox məqamların üst-üstə düşdüyünü qeyd edən Prezident İlham Əliyev, regionda yaşanan gərginliyə baxmayaraq, hər iki ölkənin sabitlik nümunəsi olduğunu vurğulayıb. Azərbaycan Prezidenti beynəlxalq və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın, sabitliyin, təhlükəsizliyin yaranmasının vacibliyini önə çəkərək, terrorizmə qarşı mübarizədə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib və onun bu mövqeyi İran tərəfindən razılıqla qarşılanıb. Bunu həmin ölkənin mediasında yer alan fikirlər də təsdiq edir. "Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin hər zaman İran əleyhinə qoyulan embarqolara qarşı olduğunu və bunu bütün beynəlxalq tədbirlərdə dilə gətirdiyini söylədi" - deyə İRNA agentliyi yazır. Təbii, belə münasibətlər qonşu ölkələrdə yüksək qiymətləndirilir və gələcəkdə həmin ölkələrlə həyatın bütün sahələrində əməkdaşlığın daha möhkəm təməllər üzərində qurulmasına və inkişafına öz töhfəsini verir. Üstəlik, bu ölkədə hələ də xatırlayırlar ki, cəmi bir neçə il öncə dünya birliyi İslam Respublikasına qarşı sözün həqiqi mənasında silahlananda Azərbaycan Prezidenti Azərbaycandan bu ölkəyə qarşı platsdarm kimi istifadə olunmasına yol verilməyəcəyini birmənalı şəkildə bəyan etmişdi. Təbii, yüksək səviyyədə verilən bu tip bəyanatlar öz həqiqi qiymətini alır və ölkələr arasında istər münasibətlərin, istərsə də əməkdaşlığın daha da inkişaf etdirilməsində baza rolunu oynayır. Çünki hər bir dövlətdə dərk edirlər ki, ölkənin gələcək inkişafı onun daxili sabitliyindən və təhlükəsizliyinin qorunmasından asılıdır. Bu sabitliyin qarantı isə qonşu ölkələrlə balanslı siyasətin qurulmasından, dinc yanaşı yaşama prinsiplərinə əməl olunmasından birbaşa asılıdır. Lakin təkcə dinc yanaşı yaşama və bir-birinin daxili işlərinə qarışmamaqla iş bitmir. Bu halda ölkələr arasında istər mədəni, istərsə də iqtisadi və ya digər sahələrdə əlaqələrin və beləliklə də münasibətin saxlanması həm də bu ölkələrin bir-birinin müdafiəçisi rolunda çıxış etməsinə səbəb olur ki, qonşu dövlətlər arasında bu çox önəmli faktordur. Yəni qonşu dövlətlər arasında ədavət yoxdursa, onlar bir-birinin daxili siyasətinə qarışmırsa, bu hələ məsələnin tam həlli deyil. çünki bu halda bu dövlətlərdən birinin, tutaq ki, ərazi bütövlüyünə təhlükə yaranırsa və digər dövlət ona dəstək vermirsə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sivil qaydada onun haqq səsinə səs vermirsə bu da normal qonşuluq siyasəti sayıla bilməz. Bu mənada Azərbaycan, işğala məruz qalan dövlət kimi, məsələnin mahiyyətini daha dərindən dərk edir və qonşu dövlətlərə yönəlik haqsızlıqlara sivil qaydada etiraz etməyi bacarır desək, yəqin ki, mübaliğə sayılmaz. Elə Azərbaycanın xarici siyasət kursunda bu aspektin əsas götürülməsinin nəticəsidir ki, Xocalı soyqırımının növbəti ildönümünə yaxınlaşdığımız bu günlərdə az qala bütün dünya dövlətləri bu faciəni öz adı ilə - soyqırım adlandırır və şiddətlə qınayır. Halbuki, faciənin baş verdiyi ilk illərdə bunun soyqırım faktı olduğuna çoxları şübhə ilə yanaşırdı. Məhz Azərbaycanın dünya dövlətlərilə qurduğu siyasi, iqtisadi və digər yönümlü əlaqələr onun dünya siyasi arenasında qəbul olunmasına, tanınmasına və haqq işinin dəstəklənməsinə gətirdi ki, bu gün bunun bəhrəsini görürük. Yəqin elə Prezident İlham Əliyev də "Müasir Azərbaycan modernləşməkdə olan demokratik transformasiya, açıq iqtisadiyyat və vətəndaş azadlığı məkanıdır. Bütün bunlar regionda və onun hüdudlarından kənarda bizə olan münasibəti müəyyənləşdirir"- deyərkən bütün bu deyilənləri nəzərdə tutub. Çünki reallıqdır ki, bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələr reallaşdıran dövlət olaraq qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilir.
Eyni zamanda ölkəmiz Qərb və Şərq sivilizasiyaları ilə yanaşı Şimal və Cənub arasında da dəhliz rolunu oynayır ki, Böyük İpək Yolunun bərpası buna bariz nümunədir. Bütün bunların isə praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu şübhəsizdir. Və o da şübhəsizdir ki, Azərbaycan özünün regiondakı nüfuzlu mövqeyini daim inkişaf etdirməklə daha çox uğurlara imza atacaq. Ümid edək ki, Qarabağ çözümü bu uğurların önündə gələcək.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ