Fevralın 24-ü axşam saatlarında İrəvanda bir qrup gənc prezident iqamətgahı qarşısında etiraz aksiyası keçirib.
Baki-xeber.com news.am saytına istinadən xəbər verir ki, əyləmçi gənclər bunun üçün qeyri-adi etiraz forması seçiblər. Xəbərə görə, siyasi məhbusların azad olunmasını tələb edən gənclər prezident sarayı qarşısında uzanıblar. Lakin çox keçmədən əraziyə gələn polis onları zorla maşınlara dolduraraq naməlum istiqamətə aparıb.