İndiyədək ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayət işləri ilə bağlı 78 minə yaxın istintaq hərəkəti aparılıb, onlardan 7 min nəfərdən çox şahid, 26 min nəfərə yaxın zərərçəkmiş şəxs qismində dindirilib, 23600 nəfərdən çox zərərçəkmiş şəxs və zərərçəkmişin hüquqi varisi, 18 236 nəfər mülki iddiaçı qismində tanınıb, 809 müxtəif ekspertiza təyin edilib və digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Trend-in məlumatına görə, bunu Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə İstintaq Qrupunun üzvü Ülvi Əhmədov deyib.