Cümə axşamı günü, 05 noyabr 2026
     

Mehriban Əliyeva Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının açılış mərasimində…

Image


Fevralın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Romadakı Massimo Sarayına gələrək burada Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı təqdimatda iştirak etdi.

Muzeyin direktoru Rita Paris Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və digər qonaqları salamladı.

Professor Fabrizio Biskonti Roma katakombalarının bərpasına göstərdiyi diqqətə görə Mehriban Əliyevaya xüsusi minnətdarlığını bildirdi. O, katakombaların tarixi barədə məlumat verərək onların bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı və bərpa işlərindən sonra əldə edilən nəticələrin möhtəşəm olduğunu dedi. "Heydər Əliyev Fondunun dəstəyi ilə biz tarixi məkanı qoruya bildik”, - deyən F.Biskonti iştirakçılara katakombalardakı freskaların mövzusu barədə də məlumat verdi.

Sonra katakombaların bərpasından bəhs edən filmin nümayişi oldu. Filmdə bərpa işlərinin gedişi və onun texniki-yaradıcı tərəfləri barədə geniş məlumat verildi, Heydər Əliyev Fonduna dünya mədəni irsinin qorunmasında, həmçinin katakombaların bərpasındakı xidmətlərinə görə minnətdarlıq ifadə olundu.

Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi Müqəddəs Marçellinio və Pietro katakombalarının dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olduğunu vurğuladı. Müsəlman ölkəsi olan Azərbaycanın Heydər Əliyev Fondu isə bu mənəvi dəyərin yaşamasına böyük dəstək verdi. Məhv olmaq təhlükəsi ilə üzləşən katakombaların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət etdiyini, lakin müsbət cavab almadığını deyən kardinal Ravazi yalnız Heydər Əliyev Fondunun bu çağırışa cavab verdiyini diqqətə çatdırdı.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış etdi. O, Azərbaycanın ünvanına səslənən xoş sözlərə görə bir daha təşəkkürünü bildirdi. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya mədəni irsinin qorunmasındakı fəaliyyətindən danışan Mehriban Əliyeva ölkəmizin hər zaman dinlər və mədəniyyətlər arasında körpü olduğunu dedi. Bu gün də ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh və mehribanlıq şəraitində yaşadıqlarını vurğulayan Mehriban Əliyeva dedi:

-Əziz mərasim iştirakçıları, ilk növbədə mən sizin hər birinizi salamlayıram. Bugün bu mərasimdə bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm.

Mən layihənin belə gözəl təqdimatına görə sizə təşəkkür edirəm. Çox ətraflı və maraqlı təqdimat oldu. Heydər Əliyev Fondu haqqında və mənim fəaliyyətim barədə deyilən sözlərə görə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında çox geniş qardaşlıq, dostluq, əməkdaşlıq qurulub. Heydər Əliyev Fondu ilə Vatikanın Mədəniyyət Nazirliyi arasında son illər humanitar sahədə olan əməkdaşlıq ümumi əməkdaşlığımızın bir hissəsidir. Mən bu əməkdaşlığın qurulmasında kardinal Ravaziyə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Son illər keçirilən bütün tədbirləri yenidən sadalayaraq təkrarlamaq istəmirəm, amma qeyd etmək istəyirəm ki, bu əməkdaşlığın möhkəmləndirilməsində hörmətli kardinal Ravazinin xüsusi rolu vardır. Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası məsələsini də məhz kardinal Ravazi təklif etdi və biz bu layihəni birlikdə sona çatdırdıq. 2014-cü ildə mənə həmin katakombaları görmək nəsib oldu və unudulmaz hisslər keçirdim. Orada aparılan bərpa işləri ilə tanış oldum və həm müasir texnologiyalardan istifadə edildiyini, həm də orada işləyən insanların çox incə əl işlərini gördüm. Fürsətdən istifadə edərək katakombaların bərpasında əməyi olan hər bir insana, xüsusilə də professor Biskontiyə dərin minnətdarlığımı bildirirəm.

Hörmətli dostlar, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət məkanı olmuşdur. Asiya ilə Avropa arasında yerləşən ölkəmizin mədəni müxtəlifliyinə bu coğrafi yerləşmə öz təsirini göstərib. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələri sülh, qardaşlıq və hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-hava Azərbaycan cəmiyyətində qorunub saxlanılıb.

Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı ölkədir və yenə də tolerantlıq və dözümlülük ideyaları cəmiyyətdə çox güclüdür. Ölkəmizdə heç vaxt dini zəmində qarşıdurma olmayıb və olmayacaq. Azərbaycan dövlətinin siyasəti ondan ibarətdir ki, dini münasibətlər çox sağlam zəmində qurulub. Biz bütün dini tədbirləri, bayramları birgə keçiririk. Bizim din xadimlərimiz hər zaman birlik nümayiş etdirir. Əlbəttə, cəmiyyətdə hökm sürən tolerantlıq və dözümlülük ab-havası Azərbaycan xalqının yaşam tərzidir.

Əfsuslar olsun ki, son zamanlar dinlərarası münasibətlərdə böhran yaşayır. Biz islamofobiya, ksenofobiya, antisemitizm kimi meyillərin güclənməsini görürük. Dini zəmində qanlı toqquşmalar, münaqişələr baş verir. Minlərlə günahsız insan həlak olur, milyonlarla insan öz doğma yurdlarını tərk edib qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur qalır. Eyni zamanda, sərhədlər bağlanır, antimiqrant meyilləri güclənir. Əminəm, bu hallar bizim hər birimizi narahat edir və bu gün Azərbaycanın dünyaya mesajı ondan ibarətdir ki, multikulturalizm mümkündür. Azərbaycanda müşahidə olunduğu kimi, müxtəlif dinlərə və millətlərə mənsub olan insanlar, müxtəlif mədəniyyətlərin nümayəndələri birgə sülh və qardaşlıq şəraitində yaşaya bilərlər. Azərbaycan müsəlman aləminin ayrılmaz bir hissəsidir. Eyni zamanda, bizi Avropa ölkələri ilə güclü əlaqələr birləşdirir. Biz siyasi, iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlıq qurmuşuq. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan nadir ölkələrdən biridir. Bu il ölkəmizdə "Multikulturalizm ili” elan olunub və aprel ayında Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək.

2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda ilk Avropa Oyunları böyük uğurla keçirildi. Bu Oyunlarda Avropanın 50 ölkəsini təmsil edən 6 mindən çox idmançı iştirak etdi. 2017-ci ildə Bakı IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bu, bizim Qərb və Şərq dəyərlərinə eyni mövqedən yanaşdığımızın və ayrı-seçkilik etməməyimizin sübutudur.

Hörmətli qonaqlar, mən çox şadam ki, bu gün biz bir layihəni başa çatdırırıq, eyni zamanda, digər layihəyə start veririk. Yəni, bizim əməkdaşlığımız davam edir. Fikrimcə, belə münasibətlər, belə əlaqələr dinlərarası münasibətlərin ən səmərəli, ən xeyirxah formasıdır. Mən bu gün fəxr edirəm ki, Azərbaycan dövləti xristian abidələri sırasında öz tarixi və mədəni dəyəri ilə xüsusi yer tutan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına öz töhfəsini verib. Bərpa işlərində əməyi olan hər bir insana bir daha dərin minnətdarlığımı bildirirəm. Hörmətli kardinal Ravaziyə bu əməkdaşlığa görə dərin minnətdarlığımı bildirirəm. Bizim gələcək əməkdaşlığımıza böyük ümidlərlə baxıram. Çox sağ olun.

Təqdimat mərasimindən sonra Mehriban Əliyeva Massimo Sarayı muzeyində saxlanılan şah əsərlərlə tanış oldu. İtaliya paytaxtının ən məşhur muzeylərindən biri olan Massimo Sarayında klassik dünya incəsənətinin kolleksiyaları toplanıb. Muzeydə qədim Roma mədəniyyətinin eramızdan əvvəl II əsrindən eramızın V əsrinədək olan dövrünə aid heykəltəraşlıq nümunələri, freskalar, mozaikalar, sikkələr və müxtəlif qızıl işləmələr qorunur. Muzeyin önəmi burada tarix, mifologiya və qədim Romanın gündəlik həyatını eyni vaxtda vəhdətdə görməyin mümkünlüyüdür. Eyni zamanda, qədim yunan heykəlləri, respublika və imperiya dövrünə aid portretlər, Augusto Pontefice Massimonun heykəli də muzeyin qiymətli inciləri sırasındadır. Birinci mərtəbədə heykəltəraşlığın şah əsərləri nümayiş olunur. Freska və mozaikaların üstünlük təşkil etdiyi divarlar, varlı Roma malikanələrinin ev dizaynını əks etdirən əsərlər isə ikinci mərtəbədədir. Burada geniş sikkə kolleksiyası, həmin dövrə aid mebellər və ləl-cavahiratlar da qorunur.

Daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı oldu.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və kardinal Ravazi katakombaların bərpadan sonra rəmzi açılışını bildirən lenti kəsdilər.

Girişdə katakombaların Heydər Əliyev Fondu tərəfindən bərpa olunmasını bildirən lövhənin üzərindən ağ örtük götürüldü.

Katakombalarla tanışlıq zamanı bildirildi ki, 2012-ci ildən etibarən həyata keçirilən bərpa işləri ən yüksək səviyyədə icra olunub. Bərpa zamanı innovativ metodlardan, müasir texnologiyalardan istifadə edilib.

Qeyd edək ki, Müqəddəs Marçellinio və Pietro katakombaları ən qədim xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutur. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən hesab edilir. Aparılan bərpa işləri Roma bədii irsinin ən gözəl nümunələri olan katakombaların əhəmiyyətini daha da artırıb. Əvvəllər Romada Müqəddəs Sebastian kilsənin altında yerləşən dəfn qalereyalarına katakombalar deyilirdi. Ümumilikdə, ilkin xristianlıq dövründə ən məşhur katakombalar məhz İtaliyada olub. Mənbələrə əsasən, Romadakı katakombalar çox qədim şəbəkəyə malik olub. Bu katakombaların uzunluğu 150-170 kilometr təşkil edir və burada hesablamalara görə 750 minə yaxın insan dəfn olunub. Katakombalar tikintisinin maraqlı üslubu ilə diqqət çəkir. Burada insanları cəmiyyətdə tutduğu vəzifə və mövqeyə görə dəfn edirdilər. IX əsrdən sonra Roma katakombalarını ziyarət edənlərin sayı azalır. Demək olar ki, 600 il onlar haqqında məlumat olmur. XVI əsrdə katakombaların araşdırılmasına yenidən başlanılır. 1578-ci ildə qazıntı aparan fəhlələr üzərində yazı və şəkillər olan daş plitələrə rast gəlirlər. Bu hadisə Roma katakombalarının mövcudluğu barədə ictimaiyyətə yenidən məlumat verir.

Katakombalarda araşdırma işləri XIX əsrdən etibarən yenidən genişlənir. Tarixi mənbələrə əsasən, katakombalar II-IV əsrlərdə xristianlar tərəfindən dini ayinlərin icrası və dəfn mərasimləri üçün istifadə olunub. Təbii ki, Heydər Əliyev Fondu tərəfindən katakombaların bərpası ilə bağlı layihənin icrası xristian aləminin müqəddəs abidələrinə müsəlman dünyasının töhfəsi kimi də qiymətləndirilir. Belə ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə Roma tarixində ilk hadisədir və bu da ölkəmizin dinlər və mədəniyyətlər arasında oynadığı tarixi roldan qaynaqlanır.

Xatırladaq ki, müqəddəs Roma katakombalarının bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilir. İtaliya mətbuatı və ictimaiyyəti tərəfindən Fondun bu addımı dinlər və mədəniyyətlərarası dialoqun inkişafına verilən ən önəmli töhfələrdən biri kimi qiymətləndirilir.

Sonda mərasimə gələnlər və kardinal Ravazi bir daha Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu xeyirxah fəaliyyətinə görə minnətdarlıq etdilər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ